8 oktyabr 2011 11:35
Vaqif Cavadov milli komandadan imtina etdi
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində dünən keçirilmiş Azərbaycan – Avstriya oyunundan sonra Vaqif Cavadov milli komandadan ayrılıb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, o, bunu heç bir səbəb olmadan edib. Artıq Vaqifin əvəzində milliyə yeni oyunçu da çağırılıb. Belə ki, Cavadovun əvəzinə Arif İsayev milliyə dəvət olunub.
