8 oktyabr 2011 11:48
Millimizin daha 2 üzvü Türkiyəyə aparılmadı
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də Türkiyə ilə qarşılaşacaq Azərbaycan yığması artıq qardaş ölkəyə yola düşüb. Azerisport.az xəbər verir ki, yığmamız bu qarşılaşma öncəsi daha 2 itki ilə üzləşib.
Belə ki, dünən keçirilən Azərbaycan – Avstriya oyununda Saşa Yunisoğlu qırmızı vərəqə ilə cəzalandırıldığı, Rauf Əliyev isə sarı kart alaraq vərəqə limitini aşdığı üçün millinin heyətində Türkiyəyə getməyiblər.
Xatırladaq ki, bu iki oyunçu ilə yanaşı Vaqif Cavadov da Avstriya ilə oyundan sonra heç bir səbəb gətirmədən millinin düşərgəsindən ayrılıb. Onun əvəzinə “Qəbələ”dən Arif İsayev əsas komandamızın düşərgəsinə çağırılıb.
