8 oktyabr 2011 11:56
Premyer Liqamızın latviyalıları Malta üzərində qələbəyə sevindi
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov və Premyer Liqamızda top qovan latviyalı futbolçular AÇ-2012-nin seçmə mərhələsində qələbəyə seviniblər. Azerisport.az xəbər verir ki, onların təmsil etdiyi yığma komanda ötən gün doğma meydanda Malta üzərində qələbəyə sevinib.
Qarşılaşmada hesabı 33-cü dəqiqədə Vişnakov açıb. 83-cü dəqiqədə isə Rudnev matçda son nöqtəni qoyub – 2:0.
Aleksandr Starkov bu oyunda “Bakı”nın iki üzvünə - Maris Verpakovski ilə Denis İvanova ilk dəqiqələrdən şans verib. Denis sona kimi meydanda olub. Verpakovski isə 90+1-ci dəqiqədə sarı vərəqə alıb və dərhal əvəzlənib. Özü də onu “Simurq”un yarımmüdafiəçisi Andrey Rubin əvəzləyib.
“Qəbələ”nin qapıçısı Pavel Doroşev isə ümumiyyətlə meydana çıxmayıb və ehtiyatda qalıb.
