8 oktyabr 2011 00:04
Rəşad Sadıqov: 0:2-dən sonra artıq hər şey aydın idi
Futbol üzrə yığma komandamızın kapitanı Rəşad Sadıqov AÇ-2012-nin seçmə mərhələsinin Avstriya ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandamızın 1:4 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“Biz rəqibi yaxşı analiz etmişdik. Biz onlardan nə gözləməli olduğumuzu, necə oynayacaqlarını bilirdik. Amma iki qol buraxandan sonra artıq hər şey aydın idi”.
