8 oktyabr 2011 19:52

Rumıniya yığmamızı darmadağın etdi (YENİLƏNİB)

Bu gün futbol üzrə 19 yaşadək yığmalar arasında Avropa çempionatının seçmə mərhələsinin 3-cü qrupunun növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması da məhz sözügedən qrupdan çıxmaq üçün mübarizə aparır.

Qeyd edək ki, Vəli Qasımovun komandası AÇ-nin seçmə mərhələsində çox çətin qrupa düşüb. Futbolçularımızı İtaliya, Rumıniya və İsveç kimi qabaqcıl futbol ölkələrinin yığmaları ilə mübarizə aparır. Qrup oyunlarına isə İsveç ev sahibliyi edir. Komandamız ilk oyununu məhz meydan sahiblərinə qarşı keçirərək tarixi bir qələbəyə imza atmışdı – 1:0.

Bu dəfəki rəqibimiz isə Rumıniya idi. Hansı ki, bu komanda ilk oyununda İtaliya üzərində əzmkar qələbəyə sevinmişdi – 2:1. Uelsdən olan Mark Steven Uiltbi idarə etdiyi qarşılamanın ilk yarısı qolsuz bitsə də, fasilədən sonra millimiz qapısında 3 cavabsız qol görüb.

Qrupumuzun digər oyununda isə İtaliya İsveç ilə qarşılaşıb. İtalyanlar yenə hesabı açmalarına rəğmən, axırda qələbəni əldən veriblər.
 
Sonda onu da xatırladaq ki, yığmamızın növbəti oyunu oktyabrın 11-də isə İtaliyaya qarşı olacaq.
 
U-19-lar arasında AÇ-nin seçmə mərhələsi
3-cü qrup
8 oktyabr
 
Azərbaycan – Rumıniya - 0:3 (0:0)
Qollar: Qavra, 66 (0:1), Qavra, 85 (0:2), Qavra, 90 (0:3).
Baş hakim: Mark Steven Uiltbi (Uels)
Falkenberq. Falkenberq stadionu.
 
AZƏRBAYCAN: 1. Orxan Sadıqlı, 3. Şamil Qurbanov, 5. Samir Yusifov, 6. Ramil Mansurov, 10. Rəhman Hacıyev, 11. Rizvan Umarov, 13. Murad Ağayev, 15. Kərim Diniyev, 16. Hacı Əhmədov (k), 17. Müşfiq Teymurov, 20. Tural Qürbətov.
Ehtiyat oyunçular: 12. Rəşad Əzizov, 7. Nurlan Novruzov, 8. Akif Tağıyev, 9. Elşən Abdullayev, 14. Xanlar Zamanov, 18. Fuad Bayramov, 19. Amil Yunanov.
Baş məşqçi: Vəli Qasımov.
 
Oyun başladı
4. Stençeskunun zərbəsi qapının üstündən keçir
7. Qavra da qeyri-dəqiq zərbə ilə yadda qalır
8. Hacıyev də rəqib qapıçını uzaqdan zərbəylə sınayır, amma zərbəsi dəqiq deyil
10. İlk dəqiqələr hələ ki, rumınların üstünlüyü şəraitində keçir
18. Filipp az qala hesabı açacaqdı, son anda Sadıqlı topu kornerə çıxarır
21. Qurbanov qapıya dəqiq zərbə endirə bilmir
22. İonitsanın zərbəsini yenə Sadıqlı dəf edir
23.Vetejelu qapıya qeyri-dəqiq zərbə ilə yadda qalır
28. Qürbətovun çox təhlükəli zərbəsini son anda rəqib qapıçı zərərsizləşdirir
30. Yığmamızda erkən əvəzləmə: Mansurovu Yunanov əvəzləyir
34. Sadıqlı Vaştaqın təhlükəli zərbəsini dəf edir
38. Fillip yenə qapımıza qeyri-dəqiqə zərbə endirməklə yadda qalır
42. Stençeskunun çox təhlükəli cərimə zərbəsini son anda qapıçımız qaytara bilir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Rumınlar fasilədən sonra da fəaldılar
48. Stençesku qapımıza təhlükəli, amma dəqiq olmayan zərbə endirir
51. Sadıqlı Filippin qola sevinməsinə imkan vermir
52. İonitsa da Sadıqlının sayıq oyunu sayəsində qola sevinə bilmir
58. Stençesku sarı vərəqə ilə cəzalanır
66. Qavra hesabı açır - 0:1
66. Qurbanov sarı vərəqə alır
68. Hacıyevin zərbəsini rəqib qapıçı tutur
69. Nika sarı vərəqə alır
72. Putsanunun zərbəsi qapıdan aralı keçir
72. Mateyin təhlükəli zərbəsini Sadıqlı dəf edir
73. Qürbətov rəqib qapısına yol tapa bilmir
78. Hacıyevin əvəzində meydana Novruzov çıxır
79. Qürbətov qayda posuntusuna görə sarı vərəqə alır
82. Qurbanovun zərbəsi zamanı qapıçı rumınları qoldan xilas edir
85. Qavra özünün və komandasının ikinci qolunu vurur - 0:2
88. Qürbətovun əvəzində meydana Abdullayev çıxır
90. Qavra daha bir qol vurur - 0:3
90. Sadıqlı sarı vərəqə alır
Matç başa çatdı
 
 
İtaliya – İsveç - 1:1 (1:0)
Qollar: De Silvestro, 45 (1:0), Nazari, 88-pen (1:1).
Baş hakim: Pavle Radovanoviç (Monteneqro).
Poskberqsvallen. Varberq stadionu.
Matçın 10-cu dəqiqəsində İtaliyanın oyunçusu Valoti penaltidən yararlana bilməyib

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.