9 oktyabr 2011 12:58
Türkiyə Hiddinklə yollarını ayırır
Futbol üzrə Türkiyə yığmasının baş məşqçisi Quus Hiddink istefaya göndərilə bilər. Azerisport.az xəbər verir ki, qardaş ölkə yığmasının AÇ-2012-nin seçmə mərhələsindəki uğursuz çıxışı Türkiyə Futbol Federasiyasının ona əvəzləyici axtarmasına gətirib çıxarıb.
Belə ki, “ay-ulduzlular” AÇ-yə vəsiqə qazana bilməyəcəkləri halda, hollandiyalı mütəxəssisin gedəcəyi tam dəqiqləşəcək. Hər şeyə qarşıdakı Azərbaycanla oyun, eləcə də Almaniya – Belçika matçının nəticəsi aydınlıq gətirə bilər.
Artıq onun mümkün əvəzləyiciləri də məlumdu. Belə ki, Hiddinki Ertoğrul Sağlam və ya Abdullah Avcının əvəzləməsinin mümkünlüyü istisna olunmur. Bəzi mənbələr hətta TFF-nin Hiddinki Almaniya yığmasının baş məşqçisi Yoahim Lövlə əvəzləmək haqda düşündüyünü dü iddia edirlər. Guya federasiya rəhbərliyi hətta bunun üçün onun meneceri ilə danışıqlara da başlayıb.
