9 oktyabr 2011 01:05
Şotlandiya AÇ-yə doğru daha bir addım atdı
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində daha bir oyun keçirilib. Azerisport.az xəbər verir ki, I qrupunda mübarizə aparan Şotlandiya səfərdə autsayder Lixtenşteynin qonağı olub.
Üçüncü pillədə qərarlaşan şotlandlar ikinciliyi ələ keçirmək üçün mütləq qələbə qazanmalıydı. Meydan sahibləri isə növbəti xal və ya xallarını qazanmaqla sonuncu pillədən çıxmağı düşünürdü.
Gərgin keçən qarşılaşmanın taleyini yalnız 1 qol həll edib. Smit şotlandlara çox vacib qələbə qazandırıb və onun ölkəsi turnir cədvəlində Çexiyanı qabaqlamağa nail olub. Lixtenşteyn isə son oyununda da uduzmaqla axırıncı pillədəki yerini rəsmiləşdirib.
Qeyd edək ki, son turda İspaniya Şotlandiyanı, Litva Çexiyanı qəbul edəcək.
AÇ-2012-nin seçmə mərhələsi
I qrupu
8 oktyabr
Lixtenşteyn – Şotlandiya – 0:1
Qol: Smit, 32.
|
İspaniya
|
7
|
7
|
0
|
0
|
23
|
5
|
21
|
|
Şotlandiya
|
7
|
3
|
2
|
2
|
8
|
7
|
11
|
|
Çexiya
|
7
|
3
|
1
|
3
|
8
|
7
|
10
|
|
Litva
|
7
|
1
|
2
|
4
|
3
|
9
|
5
|
|
Lixtenşteyn
|
8
|
1
|
1
|
6
|
3
|
17
|
4
|
