9 oktyabr 2011 13:20
Villi Ruttenştayner: Azərbaycan üzərində qələbə məni qane etməyib
Futbol üzrə Avstriya yığmasının baş məşqçi funksiyasını yerinə yetirən Villi Ruttenştayner AÇ-2012-nin Qazaxıstanla oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, oktyabrın 7-də Bakıda 4:1 hesabıyla məğlub etdikləri Azərbaycan millisindən də danışıb:
“Azərbaycan üzərində qələbə hələ məni tam olaraq qane etməyib. O mənada ki, bizi qələbə qazanmalı olduğumuz daha bir oyun gözləyir. Azərbaycanla oyunda elə anlar var idi ki, biz rəqibi üstələyirdik, elə anlar da vardı ki, nə baş verdiyini özümüz də bilmirdik. Xüsusilə, hesab 1:0 olandan sonra çox zəif oynamağa başlamışdıq. Azərbaycan adi komanda deyil. Biz heç də zəif rəqibə qarşı oynamırdıq. Zəif komanda Türkiyəni məğlub etməzdi, Belçikadan xal almazdı. Sadəcə, biz həmin oyunda daha güclü idik. İndi bizi Qazaxıstanla oyun gözləyir. Astanada həm meydan Bakıdakına oxşardı, həm də Qazaxıstan yığması ilə Azərbaycan”.
