9 oktyabr 2011 13:51
“Başınızı qaldırın və Azərbaycan qarşısında...”
Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink millimizlə oyundan öncə yetirmələri ilə sərt danışıb. Azerisport.az xəbər verir ki, holland məşqçi komandasından Azərbaycanla oyunda daha məsuliyyətli olmağı tələb edib:
“Mən pessimist insan deyiləm, optimistəm. Almaniya həm taktiki, həm də fiziki cəhətdən işini çox yaxşı bilir və görür. Çox yaxşı müdafiə və hücum xəttinə sahibdilər. Bunu normal nəticə kimi görməliyik. Amma bu oyundan dərs almalıyıq. Başınızı qaldırın və Azərbaycan qarşısında oynayacağınız futbolla finallara layiq olduğunuzu göstərin. Azərbaycanı udmasanız, finalda da işiniz olmayacaq", deyə Hiddink futbolçularla söhbətində bildirib.