9 oktyabr 2011 14:04
Yoahim Löv türklərə Belçika üzərində qələbə sözü verdi
Futbol üzrə Almaniya yığmasının baş məşqçisi Yoahim Löv türklərə Belçika üzərində qələbə sözü verib. Azerisport.az xəbər verir ki, o, Türkiyə mətbuatına müsahibəsində bunları dilə gətirib:
"Türkiyə bizə qarşı çox da pis oynamadı. İlk 20 dəqiqədə hesabda önə keçə bilərdilər, amma olmadı, Unutmayın ki, biz bu oyunda çox yaxşı idik. İnanmışdıq və qazandıq. Sizə söz verirəm, Belçika qarşısına da qələbə inancı ilə çıxacağıq. Onları məğlub edib, 10 oyunda 10-cu qələbəni qazanacağıq. Mən sizin Azərbaycanı rahat keçib, pley-off mərhələsinə vəsiqə qazanacağınıza inanıram. Heyətinizdə Avropanın önəmli komandalarında top qovan futbolçular var. Bu təcrübənin Türkiyəni Avropa çempionatının finalına daşıyacağına inanıram. Türkiyə millisini AÇ-2012-də görməyi səmimiyyətlə istəyirəm".
