9 oktyabr 2011 20:08
Türkiyə - Azərbaycan matçı bir dəqiqəlik sükutla başlayacaq
Futbol üzrə AÇ-2012-nin seçmə mərhələsinin Türkiyə - Azərbaycan oyunu bir dəqiqəlik sükutla başlayacaq. Azerisport.az xəbər verir ki, bu, qardaş ölkənin baş naziri Rəcəb Tayyip Erdoğanın anasının vəfatı ilə bağlıdı.
Qeyd edək ki, Türkiyə - Azərbaycan oyunu oktyabrın 11-də İstanbuldakı “Türk Telekom Arena”da keçiriləcək. Matçın start fiti Bakı vaxtı ilə saat 22:00-da çalınacaq.
