9 oktyabr 2011 11:35
Ufuk Budaq: Türkiyə ilə oyun mənim üçün xüsusi olacaq
Futbol üzrə yığma komandamızın və Almaniyanın “Freiburg” klubunun müdafiəçisi Ufuk Budaq AÇ-2012-nin seçmə mərhələsinin Avstriya ilə oyunundan (1:4) sonra azerisport.az saytının suallarını cavablandırıb:
- Oyuna kimi qələbədən danışırdınız, amma böyük hesabla uduzdunuz. Buna nə səbəb oldu?
- Hər şeyin belə alınacağını heç kim gözləməzdi. Rəqib yaxşı oynadı. Onlar son dövrlərdə belə oyun göstərmirdilər. Müdafiəçimizin qırmızı vərəqə alması oyunda dönüş nöqtəsi oldu. Bundan sonra avstriyalılar müdafiədə özlərini daha rahat hiss etməyə başladılar. Çünki biz hücuma böyük qüvvə ilə keçə bilmirdik.

- Amma azlıqda qalmazdan öncə də elə yaxşı təsir bağışlamırdıq...
- Siz Belçika və Qazaxıstanla oyunları yada salın. Həmin oyunlarda da biz ilk hissədə o qədər fəal deyildik. Odu ki, Saşa Yunisoğlu meydandan qovulmasaydı, hər şey başqa cür olacaqdı.
- Çoxlarının fikrincə, siz bu oyunun ən yaxşısı idiniz...
- Nəzərə alsaq ki, mən əvvəllər heç vaxt Azərbaycanda oynamamışam, özümü göstərmək çox vacibdi. Amma əgər komandam uduzursa, bunun əhəmiyyəti yoxdu. Əsas odu ki, komanda qələbə qazansın.
- 0:3-dən sonra oyunun tez bitməsini arzulayırdız?
- O qədər gərginlik vardı ki, nəsə haqda düşünməyə vaxt da yox idi. Təəssüf ki, iki uğurlu ev oyunundan sonra belə məğlubiyyətlə üzləşdik. Tsikli yaxşı əhval-ruhiyyədə bitirmək istəyirdik.
- Qarşıda Türkiyə ilə səfər oyunu var? Sizin üçün xüsusi oyun olacaq?
- Daha çətin oyun olacaq. Türkiyə də uduzub və pley-offa vəsiqə qazanmaq üçün bizi mütləq məğlub etmələri lazımdı. Amma buna baxmayaraq, biz bu oyuna ümidlə baxırıq. Bizim öz hədəfimiz var. Matçın mənim üçün xüsusi olmasına gəlincə, mənim iki tarixi vətənim var ki, bunlardan da biri Türkiyədi. Şübhəsiz ki, xüsusi matç olacaq. Amma mən öz emosiyamı göstərməməyə və soyuqqanlı olmağa çalışacağam.
- Necə oynamalıyıq ki, Türkiyəyə də uduzmayaq?
- Biz Bakıda türkləri məğlub edəndə, mən Bakıda deyildim. Yəqin ki, ilk oyundakı kimi oynamalıyıq. Amma bu dəfə daha çətin olacaq. Çünki rəqib bizi öz meydanında qəbul edir və güman ki, daha aqressiv olacaq. Bu oyunun həlledici olması bizim üçün heç də münasib deyil. Təəssüf ki, onlar Almaniyanı məğlub edə bilmədilər.