9 oktyabr 2011 00:04
Şuşa İnteri udub, İnteri gözləyir
"İnter"in əvəzedici komandası yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, bank klubu birinci divizion təmsilçisi "Şuşa" ilə qarşılaşıb.
"Şəfa" stadionunda baş tutan qarşılaşma 3:0 hesabı ilə "Şuşa"nın xeyirinə başa çatıb. Qeyd edək ki, birinci divizionda 15 komanda iştirak edir. Bu səbəbdən hər tur bir komanda istirahət etmək məcrubiyyətində qalır. Bu həftə istirahət növbəsi "Şuşa"ya çatıb. Qaçqın komanda fasilədən istifadə edərək, yoldaşlıq oyunları keçirir.
Sonda onu da bildirək ki, ötən gün "İnter"in əvəzedici komandası ilə qarşılaşan "Şuşa"lılar bu gün bank klubunun əsas heyətini sınağa çəkcək.
