9 oktyabr 2011 12:12
“Hər şeydən əvvəl öz işimizi görüb, Azərbaycanı yenməliyik”
Türkiyə Futbol Federasiyasının milli komadalar departamentinin rəhəbri Cüneyt Tanman qarşıdan gələn AÇ-2012-nin seçmə mərhələsinin Azərbaycanla oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, "Galatasaray"ın əfsanəvi futbolçusu millimizi udmağın vacibliyindən danışıb:
"Arxaya baxmadan bundan sonrakı Azərbaycan matçını qazanmaq və Almaniya - Belçika oyununun nəticəsini gözləmək məcburiyyətindəyik. İndi hər şeydən əvvəl öz işimizi görüb, Azərbaycanı yenməliyik. Pley-offa düşmək üçün Azərbaycanı udmalı, Belçikanın Almaniyada xal itirməsini gözləməliyik. Almanlar Belçika ilə azarkeşləri önündə oynayacaq. Bu, onlar üçün əlavə stimul olacaq. Ayrıca qrupda keçirdikləri 10-cu matçda 10-cu qələbəni qazanmaq istəyirlər".
