9 oktyabr 2011 12:43
Pley-off oyunları nə vaxt keçiriləcək?
Avropa çempionatının final mərhələsinin püşkatması dekabrın 2-də keçiriləcək. Azerisport.az xəbər verir ki, püşkatma mərasiminə çempionatın ev sahiblərindən biri - Ukraynanın paytaxtı Kiyev ev sahibliyi edəcək.
Avropa çempionatının seçmə qrup mərhələsi oktyabrın 11-də yekunlaşacaq. Millimizin Türkiyə ilə qarşılaşacağı gündə qruplarda son oyunlar keçiriləcək.
Pley-off mərhələsinin püşkü oktyabrın 13-də Avropa çempionatının digər təşkilatçısı - Polşanın Poloniya şəhərində atılacaq. Pley-offun oyunları isə gələn ay baş tutacaq. Bu mərhələnin ilk oyunları noyabrın 11-12-də, cavab qarşılaşmaları 15-də keçiriləcək. Bununla da AÇ-2012-də iştirak edəcək 16 komanda müəyyənləşəcək.
Qeyd edək ki, Ukrayna və Polşa Avropa çempionatına ev sahibi kimi birbaşa vəsiqə qazanıb. 9 qrupun 1-cisi də birbaşa AÇ-2012-yə qatılmaq hüququ qazanacaq. Qalan 5 vəsiqəyə gəlincə, bunlardan 1-i ən yaxşı qrup ikincisinin payına düşəcək. Qalan 4 vəsiqə isə 8 qrupun 2-ciləri arasında keçiriləcək pley-off oyunlarından sonra müəyyənləşəcək.
