9 oktyabr 2011 00:46
Dalğa Arenada Berti Foqts üçün telefon şoku (FOTOREPORTAJ)
Məlum olduğu kimi, Bakıda keçirilən AÇ-2012-nin seçmə mərhələsinin Azərbaycan – Avstriya matçı zamanı meydana azarkeşlər tərəfindən telefon atılmışdı. Azerisport.az xəbər verir ki, bu zaman matçın baş hakimi həmin “yad əşya”nı gətirib yardımçısına verdi. Maraqlıdı ki, o da öz növbəsində yığmamızın baş məşqçisi Berti Foqtsa yaxınlaşaraq, onunla məsləhətləşdi. Bu zaman almaniyalı mütəxəssisin təəccübü fotoqrafımızın kamerasının obyektivindən yayınmadı. Sonda onu da bildirək ki, həmin telefonun sahibi hələ də üzə çıxmayıb.
