9 oktyabr 2011 13:05
Özil: Türkiyənin Azərbaycanla oyunda xal itirəcəyini ağlımdan belə keçirmirəm
AÇ-2012-nin seçmə mərhələsinin Türkiyə - Azərbaycan oyunu öncəsi bir-birindən maraqlı açıqlamalar eşitməkdəyik. Azerisport.az xəbər verir ki, belə açıqlamalardan biri də Almaniya millisinin və İspaniya “Real”ının türk əsilli ulduzu Məsut Özilin atası Mustafa Özildən gəlib.
O, Türkiyə mətbuatına müsahibəsində tarixi vətənini təmsil edən yığmanın AÇ-yə yollanacağına inandığını dilə gətirib:
“Kefinizi pozmayın. Məsut işi bitirəcək. Almaniya Belçikanı yenərək qrubu xal itirmədən tamamlayacaq. Belçika 3 günlüyə ikinciliyə yüksəlib. Kimsə təlaşa düşmsəin. Özil də öz vəzifəsini ən yaxşı şəkildə həyata keçirəcək. Bundan kimsənin şübhəsi olmasın. Onun bu qarşılaşmaya ən yaxşı şəkildə motivasiya olacağına əminəm”.

Mustafa Özil ayrıca olaraq Türkiyə - Azərbaycan matçına da toxunub: “Türkiyənin Azərbaycan qarşısında xal itirəcəyini ağlımın ucundan belə keçirmirəm. Türkiyə bu matçı çox rahat qazanacaq. Əslində ilk matçda da Azərbaycana yenilməsəydilər, indi çoxdan ikinciliyi təmin etmişdilər. Amma yenə narahat olmayın. Oğlum Məsut Belçika ilə oyunda əlindən gələn hər şeyi edəcək”.
Qeyd edək ki, oktyabrın 7-də keçirilən Türkiyə - Almaniya matçında Məsutun zədəli olduğu bildirilmişdi və o, oyunu tribunadan izləmişdi. Amma çox güman ki, bu, onun “Türk Telekom Arena”da fitə basılmasının mümkünlüyü göz önünə alınaraq atılan bir addım idi. Hər halda onun Belçikayla oyunda meydana çıxacağı da belə deməyə əsas verir.