10 oktyabr 2011 13:03
Quus Hiddink millimizlə oyunda Volkan Dəmirəli kimlə əvəzləyəcək?
Sabah AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində yığmamızla qarşılaşacaq Türkiyə millisinin əsas qapıçısı Volkan Dəmirəlin sıradan çıxdığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, o, məhz bu səbəbdən yığmamızla oyun üçün çağırılan heyətdən də çıxarılıb.
Artıq “ay-ulduzlular”ın baş məşqçisi Quus Hiddink Volkana əvəzləyici tapıb. Belə ki, hollandiyalı mütəxəssis Azərbaycanla oyunda qapını Sinan Bolata həvalə etməyi planlaşdırır.
Qeyd edək ki, Dəmirəlin əsas heyətdən uzaqlaşdırılmasından sonra yığmaya “Fenerbahçe”nin digər qapıçısı Mert Günok dəvət edilmişdi. Amma türklər onun əsas heyətdə oynamaq şansının çox az olduğunu düşünürlər. Sinan Bolat əsas heyətdə meydana çıxacağı halda, Hakan Arıkan da ilk “18-lik”də yer almalıdı.
