10 oktyabr 2011 13:22

Mirhüseyn Seyidov: Azarkeşlərimizi sevindirmək istəyirik

Futbol üzrə 21 yaşadək futbolçulardan ibarət yığma komandamızın kapitanı Mirhüseyn Seyidov bu gün keçiriləcək AÇ-2013-ün seçmə mərhələsinin Belçika ilə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- Belçika ilə oyunda nəyə ümid edə bilərik?
- Bizə ilk növbədə sonuncu Norveç məğlubiyyətini unutmaq lazımdı. Çalışıb kobud səhvlər buraxmamalıyıq. Ola bilər ki, bu dəfə bəxtimiz gətirsin. Azarkeşlərimizi sevindirmək istəyirik.

- Əsas yığma komandamız AÇ-2012-nin seçmə mərhələsində 7 xal toplaya bilib. Amma futbolumuzun gələcəyi olan sizlər geridə qalan 3 oyunda 1 xal da qazana bilməmisiz. Buna səbəb nədi?
- Turnir yenicə başlayıb. İndidən bütün ambisiyalarımıza son qoyulması düz deyil. Çalışırıq. Ümid edirəm ki, biz də əsas yığmaya yüksələndə, hər şey daha yaxşı olacaq.
 
- Baş məşqçi Bernard Lippert hər dəfə deyir ki, sizi əsas yığmaya hazırlayır. Nə əcəb almaniyalı sizdən nəticə tələb etmir?
- O, ilk növbədə yaxşı oyun tələb edir. Nəticəni əsas yığmamız qazanmalıdı.
 
- Yəqin ki, uduzmağa alışmısız?
- Necə alışmayasan? Əlbəttə, səfərdəki iki böyükhesablı yenilgidən sonra Norveçlə ev oyununda ümidləri doğrultmağa çalışdıq. Yaxşı oyun göstərmək istəyirdik. Amma yenə məğlub olduq. Digər oyunlarla müqayisədə yenə bu dəfə yaxşı oynadıq. Buraxılan iki qol isə sadəcə bəxtsizlikdən irəli gəlirdi.
 
- Axı yığmamız da ciddi qol epizodları yaratmadı...
- Biz elə komandayıq ki, qol vura bilmiriksə, o zaman sona doğru hər şey daha da pis alınır. İnanın ki, əlimizdən gələn hər şeyi edirik. Qələbə qazanmaq istəyirik, amma alınmır.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.