10 oktyabr 2011 13:31
Türkiyəli azarkeşlər Azərbaycana qarşı böyük jestə hazırlaşırlar
Türkiyəli futbol azarkeşləri böyük jestə hazırlaşırlar. Azerisport.az xəbər verir ki, qardaş ölkə yığmasının fanatları sabah keçiriləcək AÇ-2012-nin seçmə mərhələsinin Türkiyə - Azərbaycan oyunu öncəsi bizim dövlət himnimizi də oxumağı planlaşdırırlar.
Qeyd edək ki, bu, ölkəmizi Avroviziya-2012 mahnı müsabiqəsində təmsil edən Nigar Camalın bu möhtəşəm yarışın qalibi olduqdan sonra səhnəyə Türkiyə bayrağı ilə çıxmasına cavab jestidi. Həmyerlimizin bu addımına görə özlərini borclu bilən türklər imkan düşdükcə buna qarşılıq verməyə çalışırlar.
Türkiyə - Azərbaycan oyunu sabah İstanbuldakı “Türk Telekom Arena”da keçiriləcək.
