10 oktyabr 2011 14:15
AÇ-2012-nin pley-off həyəcanı yaxınlaşır
AÇ-2012-nin seçm mərhələsinin pley-off oyunlarının püşkatmasının vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, AÇ-yə son dörd vəsiqəyə namizədlər üçün püşk oktyabrın 13-də atılacaq.
Tədbir Polşanın Krakov şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Qeyd edək ki, pley-off mərhələsində AÇ-2012-nin seçmə mərhələsində öz qruplarında ikinci yeri tutmuş 8 komanda iştirak edəcək.
Həmin komandalar UEFA reytinqinə əsasən “səpələnmişlər”ə və “səpələnməmişlər”ə bölünəcəklər. Həmin reytinq xalları isə AÇ-2008, DÇ-2010, eləcə də hazırkı seçmə mərhələ oyunlarındakı nəticələrə əsasən toplanılmış ballardı.
