10 oktyabr 2011 01:06

“Azərbaycanla oyunun fərqli olacağını onlar da bilirlər”

Futbol üzrə Türkiyə yığmasının koordinatoru Okan Buruk AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycanla ev oyunu öncəsi “NTV Spor”un sullarını cavablayıb. Azerisport.az xəbər verir ki, o, müsahibəsində bir sıra maraqlı məqamlara toxunub.
 
Belə ki, Buruk təcrübəli futbolçu Emre Belözoğlunun yığmamızla görüşdə oynaya biləcək durumda olduğunu söyləyib. O, həmçinin komandadakı durumdan, millimizlə oyunun vacibliyindən, Ardanın Hiddinklə münasibətlərinin gərginləşməsi barədə şayiələrdən də danışıb:
 
“Komandadakı durum yaxşıdı. Hər kəs özünü Azərbaycan matçına hazırlayır. Baş məşqçimizin də həval-ruhiyyəsi yaxşıdı. Təcrübəli məşqçidi. Tənqidlər təbii ki, olacaq. Bu, normaldı. Amma Hiddink öz işi ilə məşğuldu. Futbolçularımız istəklidilər və bu matçın fərqli olacağını bilirlər. Bu günə qədər sükan bizdəydi. Bu dəfə isə gözləyən tərəfik. Belçikanın Almaniyanı yenməsi çox çətin olacaq. Amma futbolda hər şey ola bilər. Biz çıxıb matçımızı qazanacağıq. Emre də artıq məşqlərə qatılır. İnşallah, Azərbaycanla matçda oynaya biləcək durumda. Arta Turana gəlincə, baş məşqçimiz onun sarı vərəqə almaması və zədələnməməsi üçün meydandan çıxardı. Sonra da nə olduğunu Ardaya başa saldı. Hər kəs özünə görə şərh edir. Amma Ardanı hamımız tanıyırıq. İndiyə qədər hörmətsizlik etməd, bundan sonra da olacağını zənn etmirəm. Azərbaycan matçı bizim üçün daha da ciddi önəm qazandı. Hər kəsi matçımızda gözləyirik. Hər matçda olduğu kimi, Azərbaycan matçında da tərəfdarlarımıza ehtiyacımız var”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.