10 oktyabr 2011 14:41
Quus Hiddink: Sabah Azərbaycana bu imkanı yaratmamalıyıq
Futbol üzrə Türkiyə yığmasının baş məşqçisi Quus Hiddink AÇ-2012-nin seçmə mərhələsinin Azərbaycanla oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, hollandiyalı mütəxəssis qardaş ölkə mətbuatına müsahibəsində bir il öncə Bakıda baş tutan oyunu da xatırlayıb:
“Həmin oyunda biz müdafiədə çox yaxşı idik. Sadəcə, nizam-intizam aşağı səviyyədə idi. Azərbaycan yığması bir qol vurdu. İkincini də vura bilərdi. Sabah onlara bu imkanı yaratmamalıyıq. Əgər biz təşkilatlanmış oyun sərgiləyə bilsək, pley-offa yüksəlməyi bacaracağıq”.
