10 oktyabr 2011 15:00

Hiddink: Türkiyənin Azərbaycana uduzacağını təsəvvür etmək çətindi

Futbol üzrə Türkiyə yığmasının baş məşqçisi Quus Hiddink AÇ-2012-nin seçmə mərhələsinin Azərbaycanla oyunu öncəsi bu gün mətbuat konfransı keçirib. Azerisport.az həmin konfransda səslənən fikirlərlə sizi də tanış edir:
 
“Bu, seçmə mərhələdə bizim yığmanın sonuncu oyunu olacaq. Biz seçmə mərhələyə başlayanda, hesab edirdik ki, əsas rəqiblərimiz Almaniya, Avstriya və Belçikadı. Azərbaycanı məğlub etməliyik. Əgər yenə bilməsək, deməli AÇ-yə getməyə də layiq deyilik. Buna görə də rəqibə hörmətlə yanaşıram. Hesab edirəm ki, Almaniya Belçikanı məğlub edəcək. Ən əsası dəqiq uduzmayacaq. Əks halda bu, məntiqsiz görünəcək. Bu üzdən də hər şeyin özümüzdən asılı olduğunu düşünürəm. Demək olar ki, hamı bu oyuna hazırdı. Yalnız Volkan Dəmirəl istisna olmaqla. O, iki gün öncə yığmadan ayrılmalı oldu”.
 
Hollandiyalı mütəxəssis bir il öncə Bakıda keçirilən oyunu xatırlayıb: “Bu tsikl bizim üçün çox qeyri-sabit alındı. Bizim səfər oyunlarımızda ciddi problemlərimiz oldu. Xüsusilə də Bakıda. Onda Azərbaycana çox orijinal üsulla vurulan korner nəticəsində məğlub olduq. Amma biz futbol oynamağı bacarırıq. Ən böyük problemimiz taktiki intizamsızlıqdı. Azərbaycanla Bakıdakı oyunda müdafiədə çox yaxşı idik. Amma intizam aşağı səviyyədə idi. Azərbaycan bir qol vurdu. İkincini də vura bilərdi. Sabah onlara belə imkanı yaratmamalıyıq. Əgər təşkilatlanmış şəkildə oynaya bilsək, AÇ-yə vəsiqə qazanmış olacağıq”.
 
Hiddink etiraf edib ki, intizamın aşağı səviyyədə olması məhz öz günahıdı: “Əlbəttə, bunda baş məşqçi günahkardı. Bakıdakı oyunda mənim də səhvlərim var idi. Ümumiyyətlə, bu, Türkiyə futbolunun əsas problemidi. Burda emosiya çox vaxt ağıldan öndə olur. Məsələn, Bakıdakı oyunda məhz belə idi. Nə vaxt ki, emosional olursan, onda bacardığını edə bilmirsən. Əgər həmin künc zərbəsi zamanı hamı öz işini görsəydi, azərbaycanlılar elə qol vura bilməzdilər”.
 
Jurnalistlər Hiddinkdən Arda Turanın ona qarşı hörmətsizliyinə dair də sual veriblər: “Mən Arda ilə bağlı risk etmək istəmədim. Çünki artıq həmin vaxt görüşün taleyi həll olunmuşdu. Oyunçu kameralara görə meydanı gülüşlə tərk etməli deyil ki. Bu, Ardanın emosiyası idi. Mən buna görə onu günahlandıra bilmərəm. Mən ona ispanca dedim ki, sən mənə Azərbaycanla oyun üçün lazımsan”.
 
Hiddink mümkün istefasına da münasibət bildirib: “Mən Azərbaycanla oyunda məğlubiyyət və xal itkisi barədə düşünmürəm. Bu komandanın Azərbaycana uduzacağını təsəvvür etmək çətindi. Əlbəttə, nəzəri cəhətdən bu, mümkündü, amma praktiki cəhətdən çətin”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.