10 oktyabr 2011 15:12
“Azərbaycan ilə centlmenliyin ən üst səviyyədə olacağı matç arzulayıram”
Türkiyə Futbol Federasiyasının prezidenti Ali Aydınlar sabah keçiriləcək AÇ-2012-nin seçmə mərhələsinin Azərbaycanla oyunu öncəsi fikirlərini açıqlayıb. Azersport.az xəbər verir ki, federasiya prezidenti millimiz üzərində qələbə qazanacaqlarına inandığını vurğulayıb:
“Millilərimizin 2010-cu ildə Astanada başladığı AÇ-2012-nin seçmə mərhələ yolçuluğu Azərbaycan matçı ilə “Ali Sami Yen Spor Kompleksi Türk Telekom Arena”da sona çatır. Azərbaycan yığmasını 2 illik fasilədən sonra Türkiyədə qəbul etməkdən məmnunluq duyuruq. İki ay içində 3 milli matçımıza ev sahipliyi edən “Türk Telekom Arena”nın Azərbaycan sınağından da uğurla ayrılacağına əminəm. Hər zaman bildirdiyimiz kimi, qəlbi “ay-ulduz” ilə çırpınan hər kəs üçün ana hədəf, AÇ-2012-də yer almaqdı. Bütün çalışmalarımız və planlarımız Avropanın ən güclü 16 ölkəsi arasında olmaqdı. Azərbaycanla centlmenliyin ən üst səviyyədə olacağı bir matç arzulayıram”.