10 oktyabr 2011 15:30

Vaqif Cavadov: Başa düşdüm ki, ikiüzlüdürlər

AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Bakıda Avstriya kollektivinə 1:4 hesablı məğlubiyyətdən sonra yığmamızın üzvü Vaqif Cavadovun millidən imtina etdi. Azerisport.az xəbər verir ki, Rusiyanın “Volqa” klubunun üzvü qarşılaşmadan sonra heç bir səbəb olmadan yığmanın düşərgəsini tərk edib. Bununla bağlı Vaqif Cavadov ANS TV-yə eksklüziv müsahibə verib.
 
- Yığmadan imtina etməyinizlə bağlı xəbər doğrudurmu?
- İlk növbədə bildirmək istəyirəm ki, mən belə bir söz deməmişəm. Kimsə mənim ağzımdan millidən imtina etməyim barədə söz çıxardığımı söyləyə bilməz. Mən Azərbaycan yığmasında oynamaqdan həmişə qürur duymuşam. Mən 16 yaşımdan Rusiya milisindən gələrək Azərbaycan yığmasında oynamışam. Məni bəziləri kimi arxamca 3 dəfə Moskva gəlib dəvət etməyiblər. Sadəcə olaraq Avstriya ilə oyundan sonra bildirmişəm ki, əgər milliyə lazım deyiləmsə, biletimi alın gedim Moskvaya. Oteldə belə bir söz söylədiyimi etiraf edirəm. Ancaq AFFA-nın baş katibi Elxan Məmmədov zəng edib soruşmadı ki, niyə belə bir qərar vermişəm. Yəqin yığmaya lazım olmadım ki, mənim biletimi alaraq Moskvaya yola saldılar. Bəli, bu səbəblərə görə mən millidən getmişəm.
 
 İndi söyləyirlər ki, Vaqif Cavadov Beri Foqts onu Avstriya ilə oyunda əvəzlədiyinə görə acıq edərək millini tərk edib. Ancaq bu, yanlış məlumatdır. Heç bir məşqçi deyə bilməz ki, nə vaxtsa əvəzlənməyimin səbəbini soruşmuşam.
 
- Yığmadan getmək qərarın qətidirmi?
- Xeyr, qəti qərarımı verməmişəm. Yenə demək istəyirəm ki, mən millidən imtina etdiyimi söyləməmişəm. Sadəcə demişəm ki, milliyə lazım deyiləmsə, biletimi alın qayıdım Moskvaya.
 
- Mətbuatda sənin haqqında yazılanlara münasibətin necədir?
- Mən inanmızdım ki, haqqımda bu cür məlumatlar yayıla bilər. Başa düşdüm ki, tanıdığım adamların çoxusu ikiüzlüdür. Yenə təkrar edirəm ki, bəzi adamlar üçün 3 dəfə Moskvaya gedib Azərbaycan millisinə dəfət ediblər. Mən Bakıda ola–ola isə soruşmadılar ki, Moskvaya getməyimin səbəbi nədir. 16 yaşından Azərbaycan yığmasında pis-yaxşı çıxış edən bir futbolçu kimi mənə haqsızlıq olub və mən bundan çox üzülürəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.