10 oktyabr 2011 16:28
Rəşad Sadıqov: İstərdik ki, heç-heçə olsun, Almaniya Belçikanı məğlub etsin
Futbol üzrə yığma komandamızın kapitanı Rəşad Sadıqov AÇ-2012-nin seçmə mərhələsinin Türkiyə ilə son oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Başa düşürük ki, bu matç Türkiyə üçün çox mühüm bir qarşılaşma olacaq. Amma biz bura məğlub olmaq üçün gəlməmişik. Biz xalla qayıtmaq istəyirik. Eyni zamanda Türkiyənin mərhələ adlamasını da istəyirik. İstəməzdik ki, Türkiyənin belə həlledici oyunu məhz bizə qarşı olsun. Biz başqası üçün yox, özümüz üçün oynayacağıq. İstərdik ki, heç-heçə oynayaq, Almaniya isə Belçikanı məğlub etsin. Belə olan halda Türkiyə mərhələ adlayar, biz isə xalla qayıdarıq. Artıq neçə illərdi ki, ev və səfər matçlarımızda fərqli oyun sərgiləyirik. Amma sabah sübut etmək istəyirik ki, səfərdə də yaxşı oynaya bilirik. Türkiyə səhvləri bağışlamayacaq. Bizim üçün isə hər xal çox vacibdi”.