10 oktyabr 2011 16:50

Foqts: Nə qədər ki, baş məşqçiyəm, Vaqif yığmaya çağırılmayacaq

Futbol üzrə yığma komandamızın baş məşqçisi Berti Foqts bu gün mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, o, sabah keçiriləcək Türkiyə ilə oyun öncəsi bunları dilə gətirib:

“Mən Türkiyədə belə komandaya qarşı oynayacağımız üçün çox şadam. Bu, böyük şərəfdi. Hesab edirəm ki, Türkiyə Azərbaycan üçün böyük nümunədi. Təəssüf ki, bizim bəzi problemlərimiz var. Avstriya ilə son oyunda 70 dəqiqə azlıqda oynadıq və nəticədə məğlub olduq. Amma oyunçularımızın durumu yaxşıdı”.

Almaniyalı həmçinin qısa zaman kəsiyində ardıcıl oyun keçirməyin də yığmamız üçün çətin olduğunu vurğulayıb: “Azərbaycan çempionatında böyük problem var. Biz 3-4 gündən bir oynamağı bacarmırıq. Amma komandam futbol oynamağı bacarır. Sadəcə, oyunumuz o qədər də sürətli alınmır”.
 
Problemlərdən danışarkən, Foqts bunları dilə gətirib: “Hazırda əsas hücumçumuz Rauf Əliyev komandada yoxdu ki, bu da bizim üçün çox pisdi. Biz başa düşməliyik ki, Türkiyə də təzyiq altında oynayacaq”.
 
Vaqif Cavadovla bağlı yaranan qalmaqal da yaddan çıxmadı: “Vaqif öz komandasına, öz ölkəsinə kömək etmədi. Nə qədər ki, mən baş məşqçiyəm, o, yığmada olmayacaq. Bu, bir-iki matç da ola bilər, dörd il də. Amma Vaqif dəqiq yığmada olmayacaq”.
 
Lakin hər şeyə rəğmən, Foqts yığmamızın sona kimi mübarizə aparmaq gücündə olduğunu deyir: “Biz burda göstərmək istəyirik ki, qardaş ölkə yığması da bizim necə inkişaf etdiyimizi görsün. Əgər bütün oyunboyu müdafiə olunsaq, heç nəyə nail ola bilməyəcəyik. Hücum etmək lazımdı. Ən azı ona görə ki, bizim itiriləsi heç nəyimiz yoxdu. Türklər isə təzyiq altındadılar. Türkiyənin zəif cəhəti yoxdu. Bakıda onlar onca dəqiqə arxayınlaşdılar və biz qol vurduq. Heyəti artıq müəyyənləşdirmişəm. Amma deməyəcəm. Sadəcə onu deyə bilərəm ki, Raufla Vaqif hücumda olmayacaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.