10 oktyabr 2011 17:00
Mahir Şükürov: Türklər belə oyunla heç nə edə bilməzlər
Futbol üzrə yığma komandamızın müdafiəşisi Mahir Şükürov AÇ-2012-nin seçmə mərhələsinin Türkiyə ilə son oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Bilirik ki, oyun çətin olacaq. Evdə biz türkləri məğlub etmişdik. Futbolda hər şey ola bilər. Hiss edirik ki, Türkiyəq bizə yüksəkdən baxır. Mənə elə gəlir ki, türklər Almaniyanı məğlub etməyə borclu idilər. Əgər onları yenə bilmirlərsə, AÇ-də işləri çətin ola bilər. Düşünmürəm ki, onlar Bakıdakından daha güclü oynayırlar. Biz də istəyirik ki, Türkiyə növbəti mərhələyə adlasın. Amma belə oyunla onlar AÇ-də heç nə edə bilməzlər”.
