10 oktyabr 2011 17:24
Berti Foqts: Mən də türklərin AÇ-yə getməsini istəyirəm, amma...
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts sabah keçiriləcək Türkiyə ilə oyunun onun gələcək karyerasına heç bir təsirinin olmayacağını düşünür. Azerisport.az xəbər verir ki, o, bu gün keçirilən mətbuat konfransında bunları dilə gətirib:
“Düşünmürəm ki, sabahkı oyun mənim karyerama hansısa dərəcədə təsir etsin. Türkiyə və Belçika yığmalarını müqayisə etdikdə isə, ilk növbədə belçikalıların çox gənc bir kollektivə malik olmasının qeyd etmək lazımdı. Türklərdə isə nəsil dəyişməsi gedir. Hər iki komanda oxşar futbol sərgiləyir. Hər ikisi növbəti mərhələyə çıxmağa layiqdilər. Türkiyənin Almaniyaya məğlubiyyətində ciddi heç nə yoxdu. Almanlar indi dünyanın ən güclü yığmasına malikdilər. Türkiyənin sərgilədiyi oyun mənim çox xoşuma gəlir. Hiddinki də yaxşı tanıyıram. Buna görə də istəyirəm ki, Türklər AÇ-yə getsinlər. Amma bu, heç nə demək deyil”.