10 oktyabr 2011 17:45
Rəşad Sadıqov: Sergen Yalçından incimirəm
Futbol üzrə yığma komandamızın kapitanı Rəşad Sadıqov AÇ-2012-nin seçmə mərhələsinin sabahkı Türkiyə ilə oyununda hansı taktikayla oynayacaqlarına dair suallara aydınlıq gətirib. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Türkiyə güman ki, ilk dəqiqələrdən hücuma atılacaq. Bizə isə müdafiədə diqqətli olmaq lazımdı. Hər halda əminəm ki, İstanbulda Bakıdakından daha yaxşı oynayacaqlar. Bizə əks-hücumda oynamaq lazımdı”.

Sadıqov həmçinin vaxtilə Azərbaycan yığmasının ünvanına çox kəskin ifadələr səsləndirmiş Türkiyə yığmasının sabiq yarımmüdafiəçisi Sergen Yalçın haqda da danışıb: “Mən Sergendən o sözlərinə görə incimirəm. Onu, elə belə açıqlamalarına görə sevirlər”.