10 oktyabr 2011 18:04
Türkiyə - Azərbaycan matçı baş tutmaya bilər
Türkiyə - Azərbaycan matçı baş tutmaya bilər. Azerisport.az xəbər verir ki, söhbət heç də sabah keçiriləcək AÇ-2012-nin seçmə mərhələsinin Türkiyə - Azərbaycan matçından yox, bu oyundan öncə iki ölkənin jurnalistləri arasındakı qarşılaşmadan gedir.
Buna səbəb sabaha İstanbulda çox güclü yağışın yağması səbəb ola bilər. Belə ki, türkiyəli həmkarlarımızın dediyinə görə, sabah bu şəhərə son altı ildə ən güclü yağışın düşməsi ehtimalı var. Belə olan halda jurnalistlərin görüşünün keçirilməməsi variantı istisna deyil.
Qeyd edək ki, jurnalistlər arasındakı qarşılaşmanın məhz Türkiyə - Azərbaycan matçından öncə keçirilməsi planlaşdırılır.
