10 oktyabr 2011 18:12
Neftçi yoxlama oyunu keçirəcək
"Neftçi" "İnter"lə oyunun hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda üzvləri bu gün səhər saatlarında klubun bazasındakı meydançada məşq keçiblər.
“Flaqman” sabah yoxlama görüşü keçirəcək. Əvəzedici heyətlə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun saat 16:00-da start götürəcək.
Qeyd edək ki, Premyer Liqanın 9-cu turunun "Neftçi" - "İnter" matçı oktyabrın 16-da keçiriləcək.
