10 oktyabr 2011 20:46
Frenki Dyuri: Azərbaycan çox yaxşı oynadı
Belçikanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Frenki Dyuri AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində Bakıda keçirilən Azərbaycanla oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçədən sonra bunları dilə gətirib:
“Azərbaycan yığması bu gün çox yaxşı oynadı. Rəqibimiz birinci hissədə bizə topla sakit oynamağa qətiyyən imkan vermədi. Buna görə də daha çox müdafiə haqda düşünməyə məcbur idik. Amma ikinci hissədə üstünlüyə yiyələnə bildik. Nəticədə də hesabı bərabərləşdirə bildik. Buna baxmayaraq, komandamın oyunundakı sürətdən narazı qaldım. Həmçinin “Dalğa Arena”nı da xüsusi qeyd etmək istərdim. Bu, çox yaxşı stadiondu”.