10 oktyabr 2011 20:53
Bernard Lippert: Daha çox qol vura bilərdik
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Bernard Lippert AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində Bakıda keçirilən Belçika ilə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, millimizin çalışdırıcısı 2:2 hesablı heç-heçədən sonra bunları dilə gətirib:
“Matçın ilk yarım saatını çox yüksək səviyyədə keçirdik. Nəticədə də iki qol vurduq. Amma daha çox qol vura bilərdik. Təəssüf ki, ələ düşən vəziyyətləri boşa verdik. Rəqib isə əlinə düşən ilk epizoddaca qol vurdu. Özü də müdafiədə özümüzün buraxdığımızı səhv nəticəsində. Məhz bunun da nəticəsində sonda heç-heçə qeydə alındı”.
