11 oktyabr 2011 19:56
Azərbaycan İtaliya ilə bacarmadı (YENİLƏNİB)
Bu gün futbol üzrə 19 yaşadək yığmalar arasında Avropa çempionatının seçmə mərhələsinin 3-cü qrupunun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması da məhz sözügedən qrupdan çıxmaq üçün mübarizə aparırdı.
Qeyd edək ki, Vəli Qasımovun komandası AÇ-nin seçmə mərhələsində çox çətin qrupa düşmüşdü. Futbolçularımızı İtaliya, Rumıniya və İsveç kimi qabaqcıl futbol ölkələrinin yığmaları ilə mübarizə aparırdılar. Qrup oyunlarına isə İsveç ev sahibliyi edirdi. Komandamız ilk oyununu məhz meydan sahiblərinə qarşı keçirərək tarixi bir qələbəyə imza atmışdı – 1:0. Lakin təəssüf ki, ikinci oyununda Rumıniyaya yalnız fasilədən sonra buraxdığı qollarla uduzmuşdu – 0:3. Hansı ki, rumınlar ilk oyunda İtaliya üzərində əzmkar qələbəyə sevinmişdilər – 2:1.
Komandamızın son rəqibi də elə məhz italiyalı həmyaşıdlarıydı. Maraqlıdı ki, bu komanda elə ikinci oyunda da hesabı açmasına rəğmən, son dəqiqələrdə buraxdığı qolla qələbəni əldən vermişdi. Bu dəfə növbə yığmamızın idi. Qasımovun komandası güclü rəqibi ilə ən azı heç-heçə etməklə növbəti mərhələyə adlamış olacaqdı.
Portuqaliyadan olan Artur Soareşin idarə etdiyi görüş millimiz üçün çox pis başlayıb. Artıq görüşün 11-ci dəqiqəsində qapıçımız Orxan Sadıqlı meydandan qovularaq, komandamızı azlıqda qoyub. Qapımıza təyin olunan penalti isə dəqiq yerinə yetirilib. Sonradan futbolçularımız da məhz penalti ilə hesabı bərabərləşdirmələrinə rəğmən, son saniyələrdə buraxılan qolla AÇ-yə əlvida deməli olublar.
Qrupumuzun digər oyununda isə qrup lideri Rumıniya meydan sahibi İsveçlə qarşılaşıb. Qarşılaşma qolsuz başa çatıb.
U-19-lar arasında AÇ-nin seçmə mərhələsi
3-cü qrup
11 oktyabr
Azərbaycan - İtaliya - 1:2 (0:1)
Qol: Verre, 13-pen. (0:1), Hacıyev, 65-pen (1:1), Çiçiretti, 90+3 (1:2).
Baş hakim: Artur Soareş (Portuqaliya).
Laholm. “Qlenninge Park” stadionu.
AZƏRBAYCAN: 1. Orxan Sadıqlı, 5. Samir Yusifov, 7. Nurlan Novruzov,10. Rəhman Hacıyev, 11. Rizvan Umarov, 13. Murad Ağayev, 15. Kərim Diniyev, 16. Haci Əhmədov (k), 17. Müşviq Teymurov, 18. Fuad Bayramov, 20. Tural Qürbətov.
Ehtiyat oyunçular: 12. Rəşad Əzizov, 6. Ramil Mansurov, 8. Akif Tağıyev, 9. Elşən Abdullayev, 14. Xanlar Zamanov, 19. Amil Yunanov,
Baş məşqçi: Vəli Qasımov.
İTALİYA: 1. Nikola Leali, 2. Federiko Barba, 4. Matteo Liviero, 5. Simone Pekorini, 6. Cüzeppe Prestia, 9. Rikkardo Fiamotsi, 10. Mattia Valoti (k), 11. Francesco Vassalo, 13. Valerio Verre, 15. Elio de Silvestro, 16. Stefano Beltrame.
Ehtiyat oyunçular: 12. Rikkardo Pisçitelli, 7. Stefano Sabelli, 8. Lorenzo Krisetiq, 14. Canluka Kaprari, 17. Amato Çiçiretti, 18. Simone Andrea Qans.
Baş məşqçi: Alberiqo Evani.
Ehtiyat oyunçular: 12. Rəşad Əzizov, 6. Ramil Mansurov, 8. Akif Tağıyev, 9. Elşən Abdullayev, 14. Xanlar Zamanov, 19. Amil Yunanov,
Baş məşqçi: Vəli Qasımov.
İTALİYA: 1. Nikola Leali, 2. Federiko Barba, 4. Matteo Liviero, 5. Simone Pekorini, 6. Cüzeppe Prestia, 9. Rikkardo Fiamotsi, 10. Mattia Valoti (k), 11. Francesco Vassalo, 13. Valerio Verre, 15. Elio de Silvestro, 16. Stefano Beltrame.
Ehtiyat oyunçular: 12. Rikkardo Pisçitelli, 7. Stefano Sabelli, 8. Lorenzo Krisetiq, 14. Canluka Kaprari, 17. Amato Çiçiretti, 18. Simone Andrea Qans.
Baş məşqçi: Alberiqo Evani.
Oyun başladı
10. Matçın ilk dəqiqələri çox sakit keçir və qapılar qarşısında hələ ki, ciddi təhlükə yaranmayıb
11. Qapıçımız Orxan Sadıqlı birbaşa qırmızı vərəqə ilə cəzalanır və komandamızı azlıqda qoyur
13. Qürbətovun əvəzində meydana digər qapıçımız Əzizov çıxır
13. Verre penaltidən hesabı açır - 0:1
18. Beltrame qapıya dəqiq zərbə endirə bilmir
26. De Silvestronun zərbəsini Əzizov qaytarır
29. Barba qapımıza doğru qeyri-dəqiq zərbə vurur
34. Beltramenin qüvvətli zərbəsini qapıçımız dəf edir
37. Umarov hesabı bərabərləşdirməyə yaxın olsa da, italyanların qapıçısı dəqiq oynayır
45. İlk hissəyə 3 dəqiqə əlavə olunur
45+2. Teymurovun qapıya zərbəsini qapıçı qaytarır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. İtaliya yığmasında ilk dəyişiklik: Valoti yerini Sabelliyə verir
47. Bayramov sarı vərəqə alır
49. Novruzov da sarı vərəqə ilə cəzalanır
50. De Silvestro çərçivəyə düşə bilmir
54. Sabelli sarı vərəqə alır
57. De Silvestronun zərbəsini Əzizov dəf etməyi bacarır
63. Fiamotzinin qapımıza zərbəsini yenə qapıçımız qaytarır
65. Rəqib qapıçı Leali də Sadıqlı kimi qayda pozuntusuna yol verir və sarı vərəqə ilə cəzalanır. Halbuki, bizim qapıçı birbaşa qırmızıyla qovulmuşdu
65. Hacıyev penaltini dəqiq yerinə yetirir - 1:1
66. Beltrame yerini Qansa verir
68. Qans topa ilk toxunuşundaca qapımıza qeyri-dəqiq zərbə endirir
69. Yenə Qans, yenə qeyri-dəqiq zərbə
70. Pekorininin baş zərbəsini qapıçımız qaytarır
74. Pekorini meydandan çıxır, Çiçiretti meydandadı
78. Vassalo qaydanı pozur və sarı vərəqə alır
80. Çiçiretti az qala hesabı açacaqdı, Əzizov yenə sayıq oynayır
83. Yığmamızın heyətində Novruzovu Yunanov əvəzləyir
84. Diniyev də sarı vərəqə ilə cəzalandırılır
84. Sabelli çərçivəyə düşə bilmir
85. Qansın zərbəsi qapıdan aralı keçir
88. Çiçiretti yenə millimizi məyus etməyə yaxın olsa da, Əzizov onun sevincini gözündə qoyur
90. Çiçirettinin daha bir zərbəsini qapıçımız qaytarır
90+2. De Silvestro sarı vərəqə alır
90+2. Hacıyevi Zamanov əvəzləyir
90+3. Çiçiretti nəhayət ki, istəyinə çatır - 1:2
90+4. Çiçiretti sarı vərəqə alır
Matç başa çatdı
İsveç - Rumıniya - 0:0 (0:0)
Baş hakim: Mark Steven Uiltbi (Uels).
Falkenberq. “Falkenberq” stadionu.
|
1. Rumıniya
|
3
|
2
|
1
|
0
|
5-1
|
7
|
|
2. İtaliya
|
3
|
1
|
1
|
1
|
4-4
|
4
|
|
3. Azərbaycan
|
3
|
1
|
0
|
2
|
2-5
|
3
|
|
4. İsveç
|
3
|
0
|
2
|
1
|
1-2
|
2
|
