11 oktyabr 2011 00:03

Axırıncı aşırım

Bu gün futbol üzrə Azərbaycan yığması AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində son matçına çıxacaq. Azerisport.az xəbər verir ki, Berti Foqtsun çalışdırdığı komandamız səfərdə Türkiyənin qonağı olacaq.
 
Qeyd edək ki, Türkiyə yığması AÇ-2012-nin seçmə mərhələsində o qədər də sabit çıxışı ilə diqqət çəkmir. Rəqibimiz geridə qalan 9 oyunundan 4-də qələbə qazandığı halda, 2-də də heç-heçəyə razılaşıb. Qalan 3 görüşdə isə meydanı məğlub tərk edib. Hazırda turnir cədvəlində üçüncü pillədə qərarlaşan bu komanda rəqib qapılarından 12 top keçirdiyi halda, özü 11 dəfə buna məyus olub.

Yeri gəlmişkən, Türkiyə seçməsinin yaşadığı məğlubiyyətlərdən biri məhz Bakıda gerçəkləşib. Belə ki, düz bir il öncə - oktyabrın 12-də evdə keçirdiyimiz Azərbaycan – Türkiyə görüşü 1:0 hesabı ilə millimizin xeryinə başa çatmışdı. Hansı ki, məhz həmin sensasion məğlubiyyətə görə, türklər çox ciddi problemlərlə üz-üzədilər.
 
Bütövlükdə isə, bu, qardaş ölkə yığmaları arasında 7-ci qarşılaşma olacaq. Belə ki, Azərbaycan və Türkiyə yığmaları indiyə kimi daha bir seçmə mərhələ oyunlarında üz-üzə gəldiyi halda, bir neçə sınaq matçında da qüvvəsini sınayıblar. Tərəflər arasında ilk qarşıdurma 1996-cı ilə təsadüf edib. Həmin ilin aprel ayında Bakıda keçirilən yoldaşlıq oyununda türklər minimal hesablı qələbəyə sevinmişdilər.
 
Növbəti iki qarşılaşma isə DÇ-nin seçmə mərhələsi çərçivəsində baş tutub. 2000-ci ilin məhz bu günündə - 11 oktyabrında yenə Bakıda keçirilən Azərbaycan – Türkiyə matçında eyni hesab qeydə alınmışdı - 0:1. 2001-сi il iyunun 2-də İstanbulda baş tutan cavab oyununda isə türklər yığmamızı darmadağın etmişdilər - 3:0.
 
Qalan iki görüş də yoldaşlıq oyunu çərçivəsində baş tutub. 2006-cı ilin aprel ayında Bakıda oynanılan Azərbaycan – Türkiyə matçında yığmamız ilk dəfə bu rəqibinə uduzmamışdı - 1:1. 2009-cu ilin iyun ayında Kayseridə baş tutan Türkiyə - Azərbaycan matçında isə meydan sahibləri 2:0 hesablı qələbəyə sevinmişdilər.

Beləliklə, geridə qalan 6 görüşdən yalnız 1-də heç-heçəyə nail olub, 1-də də qələbə qazandığımız halda, 4-dəfə də məğlubiyyətlə üzləşmişik. Qapımızdan 8 dəfə top çıxarmalı olduğumuz halda, cəmi iki dəfə də qol vura bilmişik.
 
Qeyd edək ki, qarşıdakı oyun Azərbaycan millisi üçün sadəcə tsikli major notlarla bitirmək və xal ehtiyatını artırmaq baxımından vacib əhəmiyyət daşıyır. Düzdü, yığmamız tarixində ilk dəfə 5 xal səddini aşaraq, hazırda 7 xala malikdi. Avstriya ilə son oyunda bu tarixi uğuru daha da yaxşılaşdırmaq şansına malik olsaq da, təəssüf ki, son ev matçımız arzulamadığımız nəticəylə başa çatdı. İndi Foqtsun komandası xal ehtiyatını artırmaq üçün ilk oyunda yendiyi komandanı büdrətməlidi. Hansı ki, bu, çox çətin olacaq.
 
Əvvəla, qarşılaşma səfərdə - İstanbuldakı “Türk Telekom Arena”da keçiriləcək. Qarşılaşma türklər üçün həlledici əhəmiyyət daşıdığından azarkeşlərin stadionu tam dolduracağı qəti şübhə doğurmur. Yığmamız isə adətən səfər oyunlarında, xüsusilə də belə dolu tribunalar qarşısında uğursuz çıxış edir. Digər tərəfdən isə son oyunda Almaniyaya uduzmaqla işini çətinləşdirən Türkiyənin millimizi məğlub etməkdən başqa çıxış yolu yoxdu. Əks halda qardaş ölkə yığması AÇ-yə vəsiqə qazana bilməyəcək. Düzdü, türklər hətta millimizi yensə belə, taleyi öz əlində deyil. Bunun üçün Almaniyanın da Belçikaya uduzmaması lazımdı ki, böyük ehtimalla, belə də olacaq. Amma istənilən halda “ay-ulduzlular” ilk növbədə yığmamızı məğlub yola salmalıdılar ki, pley-offa vəsiqə qazanmaq şanslarını tam itirməsinlər.
 
Qeyd edək ki, millimiz bu gün 2011-ci ildə 9-cu matçına çıxacaq. Bunlardan altısı seçmə mərhələ oyunları olub ki, komandamız Belçikaya 1:4, Qazaxıstana 1:2, Almaniyaya 1:3, Avstriyaya 1:4 hesabıyla uduzub, Belçika ilə oyunda isə heç-heçəyə (1:1) nail olub. Qazaxıstanla Bakıdakı oyunda da qələbə qazanmışıq – 3:2. Macarıstan və Makedoniya ilə yoldaşlıq görüşlərində isə müvafiq olaraq 0:2 və 0:1 hesablı yenilgiyə üzülmüşük. Komandamız bu il daha bir sınaq matçını Ukraynanın “Metallurg” (Xarkov) klubuna qarşı keçirmişdi ki, həmin görüşdə də uduzmuşduq – 0:1.
 
Bütövlükdə isə, yığmamız bu gün tarixi ərzində yubiley – 180-ci matçına çıxacaq. İndiyəqədərki oyunların 29-da qələbə qazanmışıqsa, 44-də də heç-heçə ilə təsəlli tapmışıq.106 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 121 qol vurduğumuz halda, öz qapımızdan 327 top çıxarmışıq.
 
AÇ-2012-nin seçmə mərhələsi
A qrupu
11 oktyabr

22:00. Türkiyə - Azərbaycan
Hakimlər: Peter Rasmussen, Henrik Sonderbi, Nyels Hoeq, Lars Kristoffersen (hamısı İsveçrə).
İstanbul. Türk Telekom Arena.
 
 
1. Almaniya
9
9
0
0
31-6
27
2. Belçika
9
4
3
2
20-12
15
3. Türkiyə
9
4
2
3
12-11
14
4. Avstriya
9
3
2
4
16-17
11
5. Azərbaycan
9
2
1
6
10-25
7
6. Qazaxıstan
9
1
0
8
6-24
3

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.