11 oktyabr 2011 23:55

Millimiz tsikli Türkiyəyə məğlubiyyətlə bitirdi (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan yığması AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində son matçına çıxıb. Azerisport.az xəbər verir ki, Berti Foqtsun çalışdırdığı komandamız səfərdə Türkiyənin qonağı olacaq.
 
Qeyd edək ki, bu oyun Azərbaycan millisi üçün sadəcə tsikli major notlarla bitirmək və xal ehtiyatını artırmaq baxımından əhəmiyyət daşıyırdı. Lakin millimizdən fərqli, türklər üçün bu görüş həyati əhəmiyyətə malik idi. Çünki son oyunda Almaniyaya uduzmaqla işini çətinləşdirən Türkiyənin millimizi məğlub etməkdən başqa çıxış yolu yoxdu. Əks halda qardaş ölkə yığması AÇ-yə vəsiqə qazana bilməyəcəkdi. Düzdü, türklər hətta millimizi yensə belə, taleyi öz əlində deyildi. Bunun üçün Almaniyanın da Belçikaya uduzmaması lazım idi ki, belə də oldu.
 
Belə ki, almanlar Belçikanı məğlub etdikləri halda, türklər də millimiz üzərində qələbə ilə pley-offa çıxdılar. Beləcə, Azərbaycan yığması AÇ-yə məğlubiyyətlə vida etdi.
 
AÇ-2012-nin seçmə mərhələsi
A qrupu
11 oktyabr
 
Türkiyə - Azərbaycan - 1:0 (0:0)
Qol: B.Yılmaz, 60 (1:0).
Hakimlər: Peter Rasmussen, Henrik Sonderbi, Nyels Hoeq, Lars Kristoffersen (hamısı İsveçrə).
İstanbul. Türk Telekom Arena.
 
TÜRKİYƏ: 12. Sinan Bolat, 22. Sabri Sarıoğlu, 4. Gökhan Zan, 19. Egemen Korkmaz, 3. Hakan Balta, 5. Emre Belözoğlu (k), 15. Mehmet Topal, 6. Hamit Altıntop, 14. Arda Turan, 18. Kazım Kazım, 17. Burak Yılmaz
Ehtiyat oyunçular: 12. Hakan Arıkan, 7. Gökhan Gönül, 8. Selcuk İnan, 9. Umut Bulut, 10. Mehmet Ekici, 20. Gökhan Töre, 21. Ömer Toprak.
Baş məşqçi: Quus Hiddink.
AZƏRBAYCAN: 1. Kamran Ağayev, 4. Mahir Şükürov, 14. Rəşad Sadıqov (k), 13. Vurğun Hüseynov, 21. Vladimir Levin, 20. Ufuk Budaq, 8. Aleksandr Çertoqanov, 15. Ruslan Abışov, 17. Vüqar Nadirov, 22. Əfran İsmayılov, 10. Branimir Subaşiç.
Ehtiyat oyunçular: 23. Andrey Popoviç, 2. Rail Məlikov, 5. Elnur Allahverdiyev, 6. Rəşad Sadiqov, 16. Elşən Məmmədov, 18. Arif İsayev, 19. Rahid Əmirquliyev.
Baş məşqçi: Berti Foqts.
 
 
Oyun başladı. Millimizə uğurlar arzulayırıq!
2. Türklərin ilk təhlükəli hücumu: Kazımın zərbəsi bloklanır
3. Meydan sahiblərinin ilk korneri: Ağayev topu geri qaytarır
5. Gözlənildiyi kimi, türklər ilk dəqiqələrdən hücuma atılıblar, millimiz isə müdafiə olunur
9. Türklərin ikinci korner vuruşu da bəhrəsiz qalır
13. Türklər müdafiədə kobud səhvə yol versələr də, topu ələ keçirən Çertoqanov onu düz qapıçının üstünə vurur
14. Qapımız qarşısında ciddi təhlükə: Kazımın müdafiəçilərimizin uzaqlaşdıra bilmədiyi topa zərbəsi qapının azca yanından keçir
17. Levinin zədələnməsi üzündən oyunda kiçik fasilə yaranır
19. Əfrana qarşı qayda pozuntusu və cərimə zərbəsi
20. Mahirin yerinə yetirdiyi cərimə zərbəsi Sinanda qalır
20. Emreyə qarşı qayda pozuntusu və cərimə zərbəsi. Hamitin vuruşunda top kornerə çıxır
24. Hamitin uzaqdan zərbəsi Kamranda qalır
27. Mehmet Topalın vuruşunda top yenə Kamrana qismət olur
28. Emre Subaşiçə qarşı kobud oynayır, hücumçumuz zədələnir
29. Cərimə zərbəsindən heç nə alınmır
30. Türklər müdafiədə çox inamlıdılar və futbolçularımız qapıya demək olar ki, yaxınlaşa bilmirlər
33. Meydan sahibləri təzyiqi artırıblar və üst-üstə cərimə meydançamıza asmalarla təhlükə yaratmaqdadılar
36. Hamitin uzaqdan zərbəsi qapının üstündən keçir
37. Altıntopdan daha bir uzaqdan zərbə: top yandan keçir
40. Ufuk Budaq ötən oyunda olduğu kimi, bu dəfə də çox soyuqqanlıdı və inamlı oyunuyla diqqət çəkir
42. Ardanın uzaqdan zərbəsini Kamran tutur
45. İlk yarıya 2 dəqiqə əlavə olunur
45+1. Hamitin çox təhlükəli zərbəsi qapının azca yanından keçir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Yığmamız ikinci hissəyə əvəzləməylə başlayır: Əfranın əvəzində meydana Elşən Məmmədov çıxır
48. Emrenin uzaqdan zərbəsini Kamran tutur
53. Qapımız qarşısında çox təhlükəli vəziyyət yaransa da, müdafiəçilərimiz son anda topu qaytara bilirlər
56. Ardanın asmasına Burakın baş zərbəsi yandan keçir
57. Emrenin cərimə zərbəsindən göndərdiyi topu Burak çərçivəyə göndərir. Amma öncə ofsayd qərarı
58. Kazım yerini Selcuk İnana verir
59. İnanın topa ilk zərbəsi düz qapımıza...Amma Kamran yerindədi
60. Burak Yılmaz Selcukun uzun ötürməsindən sonra Kamranla üz-üzə qalır və hesabı açır - 1:0
61. Ardanın yaxın məsafədən baş zərbəsi... Kamran topu tutur
70. Türklərin çox təhlükəli hücumunu müdafiəçilərimiz zərərsizləşdirir
72. Ardanın təhlükəli zərbəsini Kamran kornerə çıxır
77. Burak az qala ikinci qolu vuracaqdı. Son anda Mahir topu kornerə çıxarır
78. Türkiyədə Emre yerini Gökhan Töreyə verir
82. Törenin zərbəsi türklərə korner qazandırır
83. Subaşiçin zərbəsi qapıçıda qalır
84. Yılmazdan çox təhlükəli zərbə: Kamran yerindədi
85. Elşən Məmmədovun əvəzində meydana Arif İsayev çıxır
87. Türkiyə millisində isə Burak Yılmazı Umut Bulut əvəzləyir
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+2. İkili mübarizədə Sabrinin dizi Ufukun başını partladır
90+3. Ufukun əvəzində meydana Rahid Əmirquliyev çıxır
Matç başa çatdı
 
Almaniya
10
10
0
0
34
7
30
Türkiyə
10
5
2
3
13
11
17
Belçika
10
4
3
3
21
15
15
Avstriya
10
3
3
4
16
17
12
Azərbaycan
10
2
1
7
10
26
7
Qazaxıstan
10
1
1
8
6
24
4

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.