12 oktyabr 2011 01:55

AÇ-2012-nin seçmə mərhələsi başa çatdı (YENİLƏNİB)

AÇ-2012-nin seçmə mərhələsinə yekun vurulub. Azerisport.az xəbər verir ki, yığmamızın yer aldığı A qrupu ilə yanaşı, digər qruplarda da son qarşılaşmalar oynanılıb.
 
Baş tutan oyunlarda Avropa çempionatına daha 5 vəsiqənin sahibi müəyyənləşib. Bunlardan 4-ü qrup birincisi, biri isə qrup ən yaxşı ikincisi kimi vəsiqə əldə edib.

Ötən tur vəsiqəni demək olar ki, qazanan Rusiya bu dəfə Avropa çempionatına birbaşa yollanmasını təmin edib. Ruslar evdə Andorranı darmadağın ediblər - 6:0. Bu qrupda Ermənistanın ikinci pilləni tutmaq şansı olsa da, bundan yararlana bilməyib. Ermənilər səfərdə İrlandiyaya 1:2 hesabı ilə yenilərək, qrup üçüncülüyü ilə kifayətləniblər. İrlandiya isə ikinci pilləni tutub.

C qrupunda Estoniya yığması ikinci pilləni tutaraq, pley-offa çıxıb. Serbiyanın ikincilik şansı olsa da, Sloveniyaya yenilərək, şansını boşa verib.

D qrupunda Fransa Bosniya və Hersoqovina ilə qarşılaşıb. Fransızlar çətinliklə heç-heçəyə nail olaraq finala birbaşa vəsiqə qazanıblar. Bosniyalılar isə pley-off-da yarışacaq.

E qupunuda İsveç Hollandiyanı udaraq, ikinciliyi təmin edib. Hollandiya ilə yanaşı, İsveç millisi də AÇ-2012-yə birbaşa vəsiqə qazanıb. Çünki isveçlilər ən yaxşı qrup ikincisi olub.

F qrupunda Yunanıstan səfərdə Gürcüstanı çətinliklə yenərək, birinci pillədəki yerini qoruyub. Latviyanı yenən Xorvatiya isə ikinciliklə kifayətlənib.

H qrupunda gözlənilməz nəticə qeydə alınıb. Belə ki, Danimarka Poruqaliyanı yenərək, qrup lideri olub. Norveç qələbə qazanıb, portuqalllarla xal hesabını bərabərləşdirsə də, top fərqində üstün olan Kriştiano Ronaldonun komandası ikinci pilləni tutub.

Şotlandiya Avropa çempionatından kənarda qalıb. Şotlandlar səfər oyununda İspaniyaya uduzub. Çexiya isə Litvanı yenərək, ikinci pilləni təmin edib.

Qeyd edək ki, seçmə mərhələni iki komanda maksimum nəticə ilə başa vurub. Almaniya 10 oyunda 10, İspaniya 8 matçda 8 qələbə qazanıb. Hollandiya isə ilk xal itkisinə son turda İsveçə yenilməklə məruz qalıb.
 
Baş tutan bütün oyunların siyahısı, eləcə də qruplardakı son vəziyyətlə sizi də tanış edirik:
 
AÇ-2012-nin seçmə mərhələsi
11 oktyabr
 
B qrupu
 
İrlandiya – Ermənistan - 2:1 (1:0)
Qollar: Aleksanyan, 42-öz qapısına, Dann, 60 - Mxitaryan, 62.
 
Makedoniya - Slovakiya - 1:1 (0:0)
Qollar: Noveski, 80 - Salata, 54.
 
Rusiya - Andorra - 6:0 (4:0)
Qollar: Dzaqoyev, 5; 44, İqnaşeviç, 25, Pavlyuçenko, 29, Qluşakov, 59, Bilyaletdinov, 79.
 
Rusiya
10
7
2
1
17
4
23
İrlandiya
10
6
3
1
15
7
21
Ermənistan
10
5
2
3
22
10
17
Slovakiya
10
4
3
3
7
10
15
Makedoniya
10
2
2
6
8
14
8
Andorra
10
0
0
10
1
25
0
 
 
C qrupu

İtaliya – Şimali İrlandiya - 3:0 (1:0)
Qollar: Kassano, 21; 54, Makauli, 74-öz qapısına.
 
Sloveniya - Serbiya - 1:0 (1:0)
Qol: Vrşiç, 45+1.
 
İtaliya
10
8
2
0
20
2
26
Estoniya
10
5
1
4
15
14
16
Serbiya
10
4
3
3
13
12
15
Sloveniya
10
4
2
4
11
7
14
Şimali İrlandiya
10
2
3
5
9
13
9
Farer adaları
10
1
1
8
6
26
4
 
D qrupu

Albaniya - Rumıniya - 1:1
(1:0)
Qollar: Salihi, 25 - Luçin, 77.
 
Fransa - Bosniya-Herseqovina - 1:1 (0:1)
Qol: Nasri, 78-pen - Dzeko, 40.
 
Fransa
10
6
3
1
15
4
21
Bosniya-Herseqovina
10
6
2
2
17
8
20
Rumıniya
10
3
5
2
13
9
14
Belarus
10
3
4
3
8
7
13
Albaniya
10
2
3
5
7
14
9
Lüksemburq
10
1
1
8
3
21
4
 
E qrupu

Macarıstan - Finlandiya - 0:0 (0:0)
 
Moldova - San Marino - 4:0 (1:0)
Qollar: Zmeu, 30, Bakkiokki, 52-öz qapısına, Suvorov, 66, Andronik, 88.
 
İsveç - Hollandiya - 3:2 (1:1)
Qollar: Kallstrom, 15, Larsson, 52-pen, Toyvonen, 54 - Huntelar, 23, Kuyt, 50.
 
Hollandiya
10
9
0
1
37
8
27
İsveç
10
8
0
2
31
11
24
Macarıstan
10
6
1
3
22
14
19
Finlandiya
10
3
1
6
16
16
10
Moldova
10
3
0
7
12
16
9
San Marino
10
0
0
10
0
53
0
 
F qrupu
 
Xorvatiya - Latviya - 2:0 (0:0)
Qollar: Eduardo, 66, Mandzukiç, 73.
 
Gürcüstan - Yunanıstan - 1:2 (1:0)
Qollar: Tarqamadze, 18 - Fotakis, 80.
 
Malta - İsrail - 0:2 (0:1)
Qollar: Refaelov, 10, Gerşon, 89.
 
Yunanıstan
10
7
3
0
14
5
24
Xorvatiya
10
7
1
2
18
7
22
İsrail
10
5
1
4
13
11
16
Latviya
10
3
2
5
9
13
11
Gürcüstan
10
2
4
4
7
9
10
Malta
10
0
1
9
4
21
1
 
G qrupu

Bolqarıstan - Uels - 0:1 (0:1)
Qol: Beyl, 44.
 
İsveçrə - Monteneqro - 2:0 (0:0)
Qollar: E.Derdiyok, 51, Lixtştayner, 65.
 
İngiltərə
8
5
3
0
17
5
18
Monteneqro
8
3
3
2
7
7
12
İsveçrə
8
3
2
3
12
10
11
Uels
8
3
0
5
6
10
9
Bolqarıstan
8
1
2
5
3
13
5
 
H qrupu

Danimarka - Portuqaliya - 2:1 (1:0)
Qollar: Dehli, 13, Bendtner, 63 - Ronaldo, 90+2.
 
Norveç - Kipr - 3:1 (2:1)
Qollar: Pedersen, 25, Karyu, 34, Hoqli, 66 - Okkaş, 42.
 
Danimarka
8
6
1
1
15
6
19
Portuqaliya
8
5
1
2
21
12
16
Norveş
8
5
1
2
10
7
16
İslandiya
8
1
1
6
6
14
4
Kipr
8
0
2
6
7
20
2
 
I qrupu

Litva – Çexiya - 1:4 (0:3)
Qollar: Şernas, 68 - Kadleç, 2-pen; 85-pen, Rezek, 17; 45.
 
İspaniya - Şotlandiya - 3:1 (2:0)
Qollar: Silva, 7; 45, Vilya, 54 - Qudvil, 61.
 
İspaniya
8
8
0
0
26
6
24
Şotlandiya
8
3
2
3
9
10
11
Çexiya
7
3
1
3
8
7
10
Litva
7
1
2
4
3
9
5
Lixtenşteyn
8
1
1
6
3
17
4

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.