11 oktyabr 2011 00:01
Bundesliqa klubunda yeni baş məşqçi
Almaniyanın “Hamburg” klubunun rəhbərliyi nəhayət ki, özünün yeni baş məşqçisini müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, komandanı bundan sonra Frank Arnesen çalışdıracaq.
Mövsümə çox pis başlayan və çətin günlər keçirən “Hamburg”un bu addımı atmasına səbəb isə maraqlı bir məqamdı. Belə ki, komandanın əsl baş məşqçisi Rodolfo Kardozonun lisenziyası olmadığından, onun fəaliyyətinə icazə verilməyib. Rəhbərliyin yeni qərarına əsasən bundan sonra Kardozo Arnesenin köməkçisi kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, bu, Arnesenin baş məşqçi kimi ilk fəaliyyəti olacaq. O, bundan öncə PSV-də 3 il köməkçi-məşqçi kimi çalışıb, həmçinin “Tottenham” və “Chelsea”də rəhbər vəzifələrdə çalışıb.
