10 oktyabr 2011 11:08
AFFA prezidentindən yığmamıza dəstək
Futbol üzrə Azərbaycan yığması AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də, İstanbul şəhərindəki “Türk Telekom Arena”da Türkiyə yığmasıyla qarşılaşacaq. Azerisport.az xəbər verir ki, Bakı vaxtı ilə saat 22:00-da keçiriləcək Türkiyə – Azərbaycan oyununu izləmək üçün AFFA-nın prezidenti Rövnəq Abdullayev də oktyabrın 11-də İstanbul şəhərinə gedəcək.
