10 oktyabr 2011 11:29

Mahir Şükürov: Türkiyəni məğlub da edə bilərik, heç-heçə də

Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov azerisport.az saytına müsahibəsində oktyabrın 11-də keçiriləcək Türkiyə ilə oyun barədə fikirlərini bölüşüb, eləcə də Avstriyaya məğlubiyyətdən (1:4) danışıb.
 
- Yəqin ki, Avstriyaya məğlubiyyət Türkiyə ilə oyun ərəfəsində daha çox mənfi təsiri ilə yadda qaldı...
- Türkiyə ilə oyun ərəfəsində bu, nail ola biləcəyimiz ən pis nəticə idi. Amma bu, futboldu. Çalışacağıq İstanbuldakı oyunda müsbət nəticə qazanaq.

- Amma bu dəfə daha çətin olacaq. Özü də təkcə oyun planında yox...
- Təbii ki, o yenilgi komandadakı əhval-ruhiyyəyə təsirsiz ötüşməyib. Amma buna baxmayaraq, biz toparlanmağa və Türkiyə ilə oyuna köklənməyə borcluyuq. Qarşıda bizi heç də adi olmayan oyun gözləyir.

- Bu qarşılaşmada nəyə ümid edirsiz?
- Futbolda hər şey mümkündü. Düzdü, biz uduza bilərik. Amma həmçinin qələbə qazana və ya heç-heçə də edə bilərik. Çalışacağıq ki, yaxşı oyun göstərək.

- Avstriya ilə oyun barədə nə deyərdiz?
- Oyuna ciddi hazırlaşmışdıq. Özümüzü yaxşı tərəfdən göstərmək istəyirdik. Amma qırmız vərəqə öz sözünü dedi. Bundan sonra rəqib qarşısında nəsə etmək çox çətin idi. Fikrimcə, kimisə xüsusi olaraq günahlandırmamalıyıq. Bütün komanda məğlub olub.

- Amma qırmızı vərəqəyə kimi də yaxşı oynadığımızı deyə bilmərik...
- Bəli, eləydi. Amma məhz azlıqda qaldıqdan sonra bizim üçün hər şey daha pis məcrada davam etməyə başladı. Oyunun qırılma nöqtəsi də o oldu və ardıcıl qollar buraxmağa başladıq.

- Artıq 0:2-dən sonra azarkeşlər meydanı tərk etməyə başlamışdılar...
- Bilirsiz, hərdən özümüz də görürük ki, məsələn Avropa çempionatlarında komanda 0:2, 0:3, hətta 0:4 hesabıyla uduzur, amma azarkeşləri sona kimi onları dəstəkləyirlər. Sona qədər futbolçularıyla birgə olurlar. Amma digər tərəfdən azarkeşləri günahlandırmaq da düzgün çıxmır. Sadəcə, sona kimi dəstəklənməyin daha düzgün olduğunu düşünürəm.
 
- Matçı kənardan izləmək çətin deyildi ki?
- Düzünü deyim, elə anlar olurdu ki, az qala meydana qaçmaq istəyirdim. Amma dostlarım məni tutub saxlayırdılar

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.