10 oktyabr 2011 19:53
Yenilgiyə bərabər heç-heçə (YENİLƏNİB)
Bu gün 21 yaşadək futbolçulardan ibarət yığmalar arasında təşkil olunan AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, 8-ci qrupda yer alan Azərbaycan millisi də bu gün növbəti oyununa çıxıb.
Belə ki, Bernard Lippertin yetirmələri doğma meydanda Belçikanı qəbul edirdi. Hansı ki, bu komandayla keçirdiyimiz ilk oyunda səfərdə darmadağına məruz qalmışdıq – 1:4. Yığmamız ötən ay baş tutan həmin oyundan əlavə bu tsikldə artıq daha iki oyun keçirmişdi. Lakin təəssüf ki, bütün görüşlərimizi məğlub başa vurmuşduq. İlk oyununda səfərdə İngiltərəyə 6 cavabsız qolla uduzan millimiz son matçında da bir neçə gün öncə evdə Norveçə yenilmişdi – 0:2.
Bu dəfə isə yığmamız hazırkı seçmə mərhələdə ilk xalını və ya xallarını qazanmağı hədəfləmişdi. Bu, həm də bir öncəki darmadağının əvəzini çıxmaq şansıydı. Futbolçularımız norveçli həmkarları ilə olduğu kimi, belçikalılarla da “Dalğa Arena”da üz-üzə gəldilər. Qarşılaşmanı Rumıniyadan olan Marius Avram və onun həmyerliləri idarə edirdi.
Qarşılaşma millimizin fəallığı ilə başladı və komandamız tezliklə 2 qol vurmağa nail oldu. Lakin təəssüf ki, bundan sonrakı dəqiqələrdə həmin üstünlüyü əldən verən Lippertin komandası yenə qələbəyə həsrət qaldı. Amma hər halda xal hesabını açmağı bacardı.
Bu gün qrupumuzun digər oyununda Norveç evdə İngiltərəni qəbul edəcək. İslandiya isə bu tur istirahət edir.
U-21-lər arasında AÇ-nin seçmə mərhələsi
8-ci qrup
10 oktyabr
Azərbaycan – Belçika - 2:2 (2:1)
Qollar: C.İmamverdiyev, 22 (1:0), С.Özkara, 31 (2:0), De Pauv, 40 (2:1), De Yonq, 76 (2:2)
Baş hakim: Marius Avram (Rumıniya)
Bakı. Dalğa Arena.
AZƏRAYCAN: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 4. Bədəvi Hüseynov, 5. Novruz Məmmədov, 6. Mirhüseyin Seyidov (k), 8. Emin Mustafayev, 10. Cavid İmamverdiyev, 15. Amit Quluzadə, 16. Ruslan Tağızadə, 17. Cihan Özkara, 23. Tural İsgəndarov.
Ehtiyat oyunçular: 12. Osman Umarov, 9. Ruslan Qurbanov, 11. Kamil Nurəhmədov, 14. Rüstəm Abbasov, 19. Emin Cəfərquliyev, 20. Asif Mirili, 21. Zahid Quliyev.
Baş məşqçi: Bernhard Lippert.
BELÇİKA: 1. Kolin Kusemans, 2. Dedrik Boyata, 4. Qreqori Mertens, 5. Laurens de Bok, 6. Tibaut Van Akker, 7. Guillaume Frankois, 8. Nill De Pauv (k), 9. Kristian Benteke, 11. Ziquy Badibanqa, 13. Arnor Anqeli, 15. Dimitri Daeseleire.
Ehtiyat oyunçular: 12. Tomas Kaminski, 3. Dries Vuytens, 10. Lamişa Musonda, 14. Gianni Bruno, 16. Pierre-İves Nqava, 17. Cimmi de Yonq, 18. Koen Veuts.
Baş məşqçi: Frenki Dyuri.
Oyun başladı. Komandamıza uğurlar arzulayırıq!
2. Qara Qarayevin uzaqdan zərbəsi qapıdan aralı keçir
4. Komandamız təhlükəli hücum qursa da, son nöqtəni qoyan tapılmır
6. Akkerin baş zərbəsi qapıdan aralı keçir
10. Futbolçularımız hələ ki, ilk dəqiqələrdən hücumlara daha çox aludə olurlar. Amma Cihan Özkara tez-tez ofsayda düşməsiylə diqqət çəkir
14. Emin Mustafayevin uzaqdan zərbəsi qapıdan yan keçir
16. Cavid İmamverdiyev rəqibindən əla fəndlə sıyrılıb qapıçı ilə üz-üzə qalsa da, çox gözəl fürsəti əldən verir. Halbuki, o, boşda olan oyundaşına ötürmə etməklə hesabı açmağımıza səbəb ola bilərdi
20. Anqeli qapımıza doğru çox təhlükəli zərbə endirsə də, dəqiq olmur
22. Mirhüseyn Seyidovun cərimə meydançası hənəbərindən zərbəsini qapıçı qaytarsa da, Cavid təkrar zərbə ilə hesabı açır - 1:0
24. Qoldan sonra da futbolçularımız çox fəaldılar
25. Özkara artıq üçüncü dəfə əks-hücum zamanı ofsayda düşür
29. Yığmamızın iki dəfə ardıcıl künc zərbəsindən fərqlənmək istəyi baş tutmur
30. Cihan Özkara cərimə zərbəsini birbaşa qapıçının üzərinə vurur
31. Özkara nəhayət istəyinə çatır. O, üz-üzə qaldığı qapıçını ikinci dəfə məyus edir - 2:0
40. Qarayevin çox kobud səhvindən sonra kapitan De Pauv boş qapını dəqiq nişan alır - 2:1
43. Futbolçularımızda deyəsən arxayınlaşma yaranmağa başlayıb. Badibanqanın zərbəsi qapıdan azacıq aralı keçir
45. Hissənin sonlarında belçikalılar yığmamızı tam olaraq müdafiəyə sıxışdırıb
45. İlk yarıya 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Tibaut Van Akkeri Gianni Bruno əvəzləyir
47. Frankoisin çox təhlükəli zərbəsi qapıdan aralı keçir
54. Benteke az qala ikinci qolu vuracaqdı. Amma xoşbəxtlikdən qapıçımızla üz-üzə qalan bu futbolçunun zərbəsi dirəyi yalayıb çölə çıxır
56. Belçikalıların təhlükəli cərimə zərbəsi canlı səddən qayıdır
58. Səlahət Ağayev komandamızı real qoldan xilas edir
59. Bədavi Hüseynov yenidən təhlükəli nöqtədə qaydanı pozur. Bu, artıq onun ikinci səhvidi
59. Cərimə zərbəsi canlı səddə dəyib kornerə çıxır
60. Künc zərbəsi zamanı qapımız qarşısında çox təhlükəli vəziyyət yaransa da, belçikalıların bir neçə ardıcıl zərbəsi dəf olunur
69. Cihan dubl etmək şansını əldən verir
70. İmamverdiyev cərimə meydançasına daxil olmaq istərkən kobudluğa məruz qalır
70. Cərimə zərbəsini Seyidov yerinə yetirir: qeyri-dəqiqdi
71. Belçikanın heyətində ikinci dəyişiklik: Anqelini Cimmi de Yonq əvəzləyir
72. Mustafayev cərimə meydançasına daxil olub qapıya zərbə endirsə də, qapıçı topu kornerə çıxarır
72. Künc zərbəsindən sonra Tağızadənin göndərdiyi topu İmamverdiyev tora qovuşdura bilmir
75. İmamverdiyevin cərimə meydançası həndəvərindən zərbəsi qapıdan azacıq yan keçir
76. Belçikalıların təhlükəli əks-hücumununu De Yonq qolla tamamlayır - 2:2
78. Qara Qarayevin əvəzində meydana Emin Cəfərquliyev çıxır
80. Cihan Özkara yerini Ruslan Qurbanova verir
85. Belçikalıların təzyiqi davam etməkdədi
89. Qonaqların künc zərbəsindən fərqlənmək istəyi baş tutmur
90. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
90+3. Komandamızın təhlükəli hücumu zamanı Ruslan Tağızadə cərimə meydançasında yerdə qalsa da, hakim onun simulyasiyada günahlandırır və sarı vərəqə verir
90+4. Rəqibi gözəl əks-hücumda yaxalasaq da, Ruslan Qurbanov inanılmaz vəziyyəti boşa verir
90+5. Turalın zərbəsini qapıçı kornerə çıxarır
Matç başa çatdı
|
1. İngiltərə
|
2
|
2
|
0
|
0
|
9-0
|
6
|
|
2. Norveç
|
2
|
2
|
0
|
0
|
4-0
|
6
|
|
3. İslandiya
|
3
|
1
|
0
|
2
|
2-6
|
3
|
|
4. Belçika
|
3
|
1
|
1
|
1
|
7-5
|
4
|
|
5. Azərbaycan
|
3
|
0
|
0
|
3
|
3-14
|
1
|
