10 oktyabr 2011 12:42
Türkiyə ilə oyun üçün millimizə 400 azarkeşlik dəstək
Məlum olduğu ki, oktyabrın 11-də futbol üzrə Azərbaycan yığması AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində İstanbul şəhərindəki “Türk Telekom Arena”da Türkiyə yığmasıyla qarşılaşacaq. Azerisport.az xəbər verir ki, Bakı vaxtı ilə saat 22:00-da keçiriləcək Türkiyə – Azərbaycan oyununu izləmək üçün xeyli sayda soydaşımızın da sözügedən arenaya getməsi gözlənilir.
Hələlik ilkin olaraq 400 azərbaycanlı azarkeşin bu qarşılaşmada millimizi dəstəkləyəcəyi xəbər verilir. Lakin onların sayının daha da çox olacağı istisna deyil.
Qeyd edək ki, bu oyunu AFFA-nın prezidenti Rövnəq Abdullayev də stadiondan izləyəcək.
