10 oktyabr 2011 00:38

Elxan Məmmədov: Vaqif Cavadov cəzalanacaq

AFFA-nın baş katibi Elxan Məmmədov AÇ-2012-nin seçmə mərhələsinin Türkiyə ilə son oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- Gəlin öncə Vaqif Cavadovun yığmadan imtinasından danışaq. AFFA-nın baş katibi kimi bu məsələni necə dəyərləndirərdiz?
- Mən ilk növbədə bunu qeyri-peşəkar addım kimi qiymətləndirirəm. İkincisi, bu, çox pis nümunədi. Öz ölkənin milli komandasından imtina etmək qeyri-patriot addımdı. Vaqif başa düşməlidi ki, bu futbolu ilk növbədə özü üçün oynayır. Baş məşqçi, azarkeşlər, komanda və ya başqa biri üçün yox. O, yığmada oynayır ki, peşəkarlığını artırsın. Amma bu hərəkəti onun milli komandaya qarşı münasibətini göstərir.
 
- Vaqiflə yanaşı yığmamız Rauf Əliyevi də itirdi...
- Bəli, özü də Vaqif bunu bilə-bilə belə addım atdı. Biz Türkiyəyə demək olar ki, hücumçusuz gəlmişik. Mən başa düşürəm ki, hər kəsin emosiyalarına sahib çıxa bilmədiyi anlar olur. Amma peşəkar idmançı bunu bacarmalıdı.
 
- Siz Berti Foqtsla bu barədə danışmısız?
- Bəli. O, bildirdi ki, Azərbaycan vətəndaşından belə hərəkət gözləməzdim.

- AFFA Cavadovun imtinasına baxacaq?
- Bəli, biz bu məsələ ilə əlaqədar İntizam Komitəsinə müraciət edəcəyik.
 
- Oyunçunu necə cəza gözləyir?
- Bunu artıq mən deyə bilmərəm.

- Bəs kodeksdə nə nəzərdə tutulub?
- Əlbəttə, kodeksdə milli komandadan imtinaya dair cəzalar var. Amma Vaqif Rəşad Abdullayevdən fərqli olaraq, yığmanın düşərgəsini oyundan öncə tərk edib. Yeri gəlmişkən, biz Rəşadın da məsələsini unutmamışıq və ona da baxılacaq.
 
- Abdullayev artıq yığmaya çağırılmır. Cavadovu da oxşar cəza gözləyirmi?
- Çağırılacaq, çağırılmayacaq – buna artıq baş məşqçi qərar verəcək. Amma son illərdə Foqtsun xarakterini öyrənə bilmişik. Buna görə də, mənə elə gəlir, Cavadov artıq almaniyalının komandasında olmayacaq. Vaqif öz səhvini başa düşməlidi. Biz isə AFFA rəhbərliyi olaraq, çalışmalıyıq ki, Cavadovun addımı digərləri üçün nümunə olmasın.
 
- Əgər Foqts postunda qalmasa?
- Belə olan halda, yeni baş məşqçi ondan əvvəlkinin dövründə baş verən hər şeyi öyrənəcək.
 
- Komandada hazırda əhval-ruhiyyə necədi?
- Gözəl. Yığmada Vaqif məsələsi artıq bağlıdı. Uşaqlar ancaq oyunu düşünürlər. Çox təəssüf ki, Avstriyanı məğlub edə bilmədik. Amma buna baxmayaraq, biz Türkiyə ilə oyuna tam hazırıq.
 
- Avtriya ilə oyunda qırmızı vərəqə alan Saşa Yunisoğlu da cəzalandırılacaq?
- Biz bu barədə də baş məşqçiylə danışmışıq. Hər ikimiz belə fikirdəyik ki, matçın 27-ci dəqiqəsində komandanı azlıqda və çətin durumda qoymaq olmaz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.