10 oktyabr 2011 00:56
İnter birinci divizion klubunu çətinliklə yendi
Premyer Liqada yaranmış fasilə ilə əlaqədar olaraq Bakının "İnter" klubu yoldaşlıq matçı keçirib. Azerisport.az xəbər verir ki, bank klubu birinci divizionda çıxış edən “Şuşa”nı sınağa çəkib.
Qeyd edək ki, həftəsonu birinci divizionda növbəti turun oyunları keçirilsə də, “Şuşa” oynamırdı. Hər tur bir komanda istirahət etdiyindən, bu dəfə növbə məhz Şuşanın eyni adlı təmsilçisinin idi. Bu boşluğu doldurmaq üçün sözügedən komanda da məhz “İnter”lə qarşılaşmağa qərar verib.
Bu oyunda “bankirlər”in baş məşqçi Kaxaber Sxadadze əsasən əvəzedici heyətin oyunçularına şans verib. "Şəfa" stadionunda baş tutan qarşılaşma 1:0 hesabı ilə "İnter"in xeyrinə başa çatıb. Oyunda yeganə qolu isə Elnur Abdulov vurub.
