11 oktyabr 2011 13:20

AFFA futbolçuya 4, klub rəsmisinə 5 oyunluq cəza kəsdi

Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələr nəticəsində yalnız birinci divizionun son turunda baş verən olaylarla bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
Azərbaycan birinci divizionunun 5-ci turunun “Qaradağ Lökbatan” – “Şəmkir” matçında “Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 24-cü dəqiqəsində “Şəmkir”in məşqçisi Vüqar Əliyev hakimə etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün məşqçi 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
 
“Karvan” – “Lokomotiv” matçının 66-cı dəqiqəsində “Lokomotiv”in futbolçusu Orxan Əsədov sonuncu ümid foulna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
 
“Həkəri” – “Şahdağ” matçının 80-cı dəqiqəsində “Şahdağ”ın futbolçusu Sina Nəcəfian sonuncu ümid foulna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
 
“Energetik” – MOİK matçında “Energetik”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 90+4-cü dəqiqəsində “Energetik”in futbolçusu Zamir Cəlilov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
 
“Neftçala” – “Tərəqqi” matçının 89-cu dəqiqəsində “Tərəqi”nin inzibatçısı Ceyhun Məmmədov hakimləri təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldılğı üçün 5 oyunluq cəzalanıb, klubu 500 manat cərimə olunub. Oyunun 90+1-ci dəqiqəsində “Tərəqqi”nin futbolçusu Rövşən Vəliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunuluq cəzalanıb, klubu 400 manat cərimə olunub.
 
“Bakıllı” – “Göyəzən” matçının 73-cü dəqiqəsində “Göyəzən”in məşqçisi Elxan Muradov hakimə etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.