11 oktyabr 2011 14:42
Neftçi – İnter matçı Bakıxanovda
Həftəsonu futbol üzrə Azərbaycan Premyer Liqasının 9-cu turunun oyunları keçiriləcək. Azerisport.az növbəti turun proqramı ilə sizi də tanış edir.
Qarşılaşmalar yenə iki günə keçiriləcək. Lakin şənbə günü cəmi qarşılaşma baş tutacağı halda, qalanları hamısı bazar gününə təsadüf edəcək.
Tura Tovuzda keçiriləcək "Turan" – AZAL matçı ilə start veriləcək. "Neftçi" və "İnter" arasındakı paytaxt derbisi, eləcə də digər qarşılaşmalar isə oktyabrın 16-da baş tutacaq.
Turun oyun cədvəli aşağıdakı kimidir:
Premyer Liqa
9-cu tur
15 oktyabr (şənbə)
Turan - AZAL
Tovuz. Şəhər stadionu. Saat 15:00.
16 oktyabr (bazar)
Sumqayıt Şəhər - Bakı
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 15:00.
Qəbələ - Kəpəz
Qəbələ. Şəhər stadionu. Saat 15:00.
Neftçi - İnter
Bakıxanov. İsmət Qayıbov adına qəsəbə stadionu. Saat 15:30.
Rəvan - Qarabağ
Bakı. "Dalğa Arena" stadionu. Saat 17:00.
Xəzər Lənkəran - Simurq
Lənkəran. Mərkəzi stadion. Saat 17:30.
