11 oktyabr 2011 14:53
9-cu turun proqramı bəlli oldu
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatında 9-cu turun oyun cədvəli açıqlanıb. Azerisport.az növbəti turun proqramı ilə sizi də tanış edir.
Əvəzedicilərin çempionatında da tur iki günə bölüşdürülüb. İlk oyun günündə yalnız "Turan" – AZAL qarşılaşması baş tutacaq.
Qalan beş qarşılaşma isə şənbə günü oynanılacaq. Bütövlükdə, növbəti turun oyun cədvəli ilə aşağıda tanış ola bilərsiz.
Əvəzedicilərin çempionatı
9-cu tur
14 oktyabr (cümə)
Turan - AZAL
Tovuz rayonu, Qaraxanlı qəsəbə stadionu. Saat 15:00.
15 oktyabr (şənbə)
Sumqayıt Şəhər - Bakı
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 13:00.
Qəbələ - Kəpəz
Qəbələ. Şəhər stadionu. Saat 15:00
Xəzər Lənkəran - Simurq
Lənkəran. Olimpiya İdman Kompleksinin stadionu. Saat 15:00.
Neftçi - İnter
Bakı. "Dalğa Arena" stadionu. Saat 15:00.
Rəvan - Qarabağ
Bakı. "Şəfa" stadionu, IV meydança. Saat 15:00.
