11 oktyabr 2011 15:23
“Azarkeşlər maraqlı qarşılaşmanın şahidi olacaqlar”
"Ardıcıl 3 qələbədən sonra komandada əhval-ruhiyyə yüksək səviyyədədi. İnanırıq ki, "İnter"lə oyunda yaxşı nəticə əldə edəcəyik".
Azerisport.az xəbər verir ki, bu sözlər "Neftçi"nin futbolçusu Slavço Georgievskiyə məxsusdu. Makedoniyalı yarımmüdafiəçi Premyer Liqanın 9-cu turunda keçiriləcək "İnter"lə görüş haqda fikirlərini bildirib:
"Düzdü, "İnter"lə oyunlar həmişə çətin keçir. Bununla belə, baş məşqçinin taktikasını düzgün yerinə yetirsək, qələbə qazanacağıq. Fikrimcə, azarkeşlər maraqlı qarşılaşmanın şahidi olacaqlar".
